IQNA

Qüds müftisi sionistlər tərəfindən İbrahim məscidinin bağlanmasını pisləyib

10:31 - October 14, 2024
Xəbər sayı: 3496857
İQNA - Qüds müftisi sionistlərin "İbrahim" məscidini ibadətçilər üçün bağlamaq hərəkətini pisləyib və bunu ədalətsizlik adlandırıb.

"Panet" saytının verdiyi məlumata görə, Qüds müftisi və Məscidül-Əqsanın xətibi Şeyx Məhəmməd Hüseyn, yəhudi köçkünlərin bu məsciddə öz dini ayinlərini rahatlıqla yerinə yetirdiyini bəyan edərək, İbrahim məscidini ziyarət etmək, namaz qılmaq və Allahı zikr etmək istəyən fələstinlilərin qarşısının alınmasını pisləyib və bunu ədalətsiz bir hərəkət kimi dəyərləndirmişdir.
Qüds müftisi bildirib ki, səmavi dinlərdə ibadət üçün müqəddəs yerlərə zərər vurmaq qadağan edilsə də, İsrail bunun əksini edib və müsəlmanların dini məkanlara daxil olmasına mane olub.
Belə hərəkətlərə son qoyulmalı olduğunu bildirən Qüds müftisi bu cür özbaşına və ədalətsiz qərarları rədd etdiklərini bəyan edib.
O, həmçinin əlavə edib ki, bu cür qərarlar beynəlxalq hüququ pozur və ibadət edənlərin müqəddəs yerlərə giriş azadlığını dəstəkləyən konvensiyalara ziddir.
4241777

captcha