IQNA

Qəzzanın şimalında 200 min fələstinli yeməksiz, içəcəksiz və dərmansız yaşayır

2:22 - October 19, 2024
Xəbər sayı: 3496886
İQNA – Qəzza zolağının şimalındakı Cibaliya qaçqın düşərgəsində 200 min fələstinlinin 12 gündür yeməksiz, içəcksiz və dərmansız yaşadığı bildirilib.

Anadolu xəbər agentliyinin verdiyi məlumata görə, Qəzza zolağındakı Mülki Müdafiə Müdirliyindən verilən yazılı açıqlamada Cibaliya Qaçqınlar Düşərgəsindəki vəziyyətlə bağlı məlumat verilib.
İsrail ordusunun Qəzza zolağının şimalındakı binaları və infrastrukturu bombalayaraq partlatdığı qeyd edilən bəyanatda Cibaliya Qaçqınlar Düşərgəsində 200 min fələstinlinin 12 gündür yeməksiz, içəcəksiz və dərmansız yaşadığına diqqət çəkilib.
Açıqlamada qeyd olunub ki, İsrail ordusu tərəfindən öldürülən onlarla fələstinlinin cəsədi ordunun quru əməliyyatı və hər cür hərəkət edən hər şeyin hədəfə alınması səbəbindən hələ də dağıntılar altından çıxarıla bilinmor.
“Cibaliya dağıdılır və sistematik ölümə məruz qalır”, - deyə idarənin bəyanatında bildirilir.
İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda təxminən 17 mini uşaq, 11 min 378-i qadın olmaqla 42 min 409 fələstinli ölüb, 99 min 153 nəfər yaralanıb.
Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.

captcha