"İQNA", "Ərəb21" saytına istinadən xəbər verir ki, İspaniyanın baş naziri Pedro Sançes Aİ-yə üzv dövlətləri İsrailin Qəzza müharibəsində törətdiyi cinayətlərə görə İspaniya və İrlandiyanın Aİ ilə İsrail arasında azad ticarət razılaşmasını dayandırmaq tələbinə cavab verməyə çağırıb.
İspaniya və İrlandiya bir neçə aydır ki, sionist rejim tərəfindən bu sazişdəki insan haqları bəndinin pozulması səbəbindən sazişə yenidən baxılmasını istəyən digər Avropa İttifaqı ölkələri ilə danışıqlar aparır.
Avropa İttifaqının xarici siyasət rəsmisi Josep Borrell Yaxın Şərqdə artan gərginliklə bağlı üzv dövlətlərin ziddiyyətli münasibətlərindən narazılığını bildirib.
Borrel İsrailin Livandakı BMT Müvəqqəti Qüvvələrinin əsgərlərinə qarşı hücumlarını pisləmək üçün çox gecikdiklərini bildirib.
“Biz Avropa Birliyi nazirlərinin görüşündə İsrailin UNIFIL-ə (BMT-nin Livandakı Müvəqqəti Qüvvələri) hücumlarını pisləməliyik. Əsgərlərimiz oradadır. BMT qüvvələrinə hücum tamamilə qəbuledilməzdir” dedi.
Bu hücumlar sionistlərin qurudan Livana hücumunun yayılması ilə eyni vaxtda baş verib. Hücumlardan sonra Sançes beynəlxalq ictimaiyyətdən İsrailə silah göndərilməsini dayandırmağı istəyib. İspaniya Livana 600-dən çox sülhməramlı göndərib.
İspaniya və İrlandiya bu ilin əvvəlində Fələstin dövlətinin müstəqilliyini tanıyıb. Sionist rejimin Livana hücumundan sonra BMT-nin ən azı 37 üzvü sionist rejimin UNIFIL-ə hücumlarını rəsmən pisləyib.
4242554