IQNA

G20 sammitində Qəzza və Livanda atəşkəs edilməsi istənilib

20:09 - November 21, 2024
Xəbər sayı: 3497098
İQNA - G20 ölkələri Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən sammitin yekununda verdikləri birgə bəyanatda həm Qəzzada, həm də Livanda atəşkəsi dəstəkləməkdə yekdil olduqlarını bildiriblər.

"Əl-Cəzirə" telekanalının verdiyi məlumata görə, G20 Braziliyanın Rio-de-Janeyro şəhərindəki iki günlük tədbirini bəyanat dərc etməklə başa vurub.
Bəyanatda, İsrailin 2023-cü ilin oktyabr ayından Qəzza zolağına və Livana hücumları səbəbindən humanitar vəziyyətin fəlakətli həddə çatdığı və dərin narahatlıq doğurduğu bildirilib.
Bəyannamədə humanitar yardımın çatdırılmasında bütün maneələrin aradan qaldırılmasının vacibliyi vurğulanıb, humanitar yardımın artırılmasının və mülki əhalinin müdafiəsinin gücləndirilməsinin təcili ehtiyac olduğu ifadə edilib.
Bundan əlavə, toplantıda iştirak edən ölkələr Qəzza və Livanda hərtərəfli atəşkəsin dəstəklənməsində yekdil olduqlarını açıqlayıblar.
4249135

captcha