"New York Times" hazırladığı hesabatda siyasətçi Sebastyan Qorkanın şəxsiyyətini və fikirlərini araşdırıb.
Qorka Trampın ilk dövründə terrorla mübarizə üzrə müşavir vəzifəsində çalışıb. Qorka ABŞ-ın nasist ideologiyasını təbliğ etdiyi ifrat sağçı Macarıstan siyasi qrupunu dəstəklədiyi üçün tənqidlərə məruz qalmışdı.
Qəzet yazır ki, Qorkanın İslamla bağlı sağçı baxışları Ağ Evə qayıdıb və Sebastyan Qorka hətta Trampa sadiq olanlar və digər respublikaçılar arasında da səriştəsiz insan kimi qələmə verilib.
İslamı Qərb sivilizasiyası üçün təhlükə kimi görən Qorka Trampın ikinci dövründə Ağ Evdə iştirak etməyə hazırdır.
Con Bolton Trampın terrorla mübarizəyə rəhbər təyin etdiyi Qorkanı “fırıldaqçı” adlandırıb.
Qorka Təl-Əvivin və İsrailin Baş naziri Benyamin Netanyahunun açıq tərəfdarıdır və Trampın 2017-ci ildə müsəlmanlara səyahət qadağasını dəstəklədiyi üçün islamofobiya ittihamları ilə üzləşib.
Forbes jurnalı da öz hesabatında macar əsilli 54 yaşlı Qorkanın əvvəllər Macarıstanda ifrat sağçı hərəkatlarla əlaqədə olduğunu yazıb.
Amerikadakı müsəlmanların əksəriyyəti Baydenin Yaxın Şərq siyasətinə qarşı Trampa səs verib. Bu ifrat anti-islam siyasətçinin təyin olunması müsəlmanları məyus etdi.
Amerika müsəlmanları ilk Tramp administrasiyası ilə müqayisədə ABŞ daxilində və xaricində müsəlmanlara qarşı daha az düşmənçilik olacağına ümid edirdilər.
Trampın adlarını çəkdiyi nazir və müşavirlərin əksəriyyəti sionist rejimin qatı tərəfdarlarıdır və ekstremist və anti-İslam yanaşmasına malikdirlər.
Bu vəziyyətdə, ölkədəki müsəlmanlar Amerikanın Yaxın Şərq siyasətlərində və bu ölkənin müsəlman icmasına qarşı daxili siyasətlərində hər hansı bir təkmilləşmədən ümidsizdirlər.
4250176