IQNA

Liverpul məscidində fəal müsəlmanın humanitar davranışı yüksək qiymətləndirilib

10:29 - November 30, 2024
Xəbər sayı: 3497150
İQNA – Liverpulda yaşayan bir müsəlman fəal ölkədəki son iğtişaşlar zamanı etirazçılara göstərdiyi mehriban və tolerant münasibətə görə Britaniyanın Mayak məscidi mükafatına layiq görülüb.

"Liverpool Muslim News" xəbər verir ki, dörd ay əvvəl bir neçə uşağa hücum edən şübhəlinin müsəlman olması ilə bağlı yalan məlumatın internetdə dərcindən sonra Britaniyanın bəzi şəhərləri geniş iğtişaşların şahidi olub.

Keçən avqustda etirazçılar Liverpulda Abdullah Qilliam məscidinin qarşısına toplaşmışdılar.

Vəziyyət sakitləşdikdən sonra məscidin fəal üzvü Adəm Kelvik iştirakçılarla söhbət etmək üçün məsciddən kənara çıxıb və müsəlmanlarla etirazçılar arasında gözəl qarşılıqlı əlaqənin fotoları internetdə yayılıb.

Bu hərəkət ona builki Britaniya Mayak Məscidi Mükafatını qazandırdı.

Kelvik gəncliyindən bəri bir çox ictimai təşkilatlarda könüllü olmuşdur. O, həmçinin humanitar yardımlarda fəal iştirak edir və xeyriyyə təşkilatları üçün çalışır.

Müsəlman fəal bildirib ki, insanlar sakitləşəndən sonra məscidin qarşısında etirazçılara yemək gətirib və onlarla söhbət edib.

Etirazçılarla söhbət edərək onların problemlərini dinləyə bildiyini dilə gətirən Kelvik iğtişaşlar zamanı davranışlarına görə ona verilən mükafata layiq görüldüyünü, ancaq bunun təkcə onunla bağlı olmadığını bildirib.

Yeddinci ili təşkil edilən Mayak Məscidi Mükafatları məscidlərin və məscid idarəçilərinin sosial rifaha verdiyi töhfələri mükafatlandırır.

4250356

captcha