IQNA

"İQNA"-nın Quran üzrə ölkə miqyaslı müsabiqələrin qadınlar arasında hifz və qiraət bölməsinin bağlanış mərasimi ilə bağlı hesabatı

11:35 - December 11, 2024
Xəbər sayı: 3497226
İQNA - Quran üzrə 47-ci ölkə miqyaslı müsabiqənin qadınlar arasında “tam hifz”, “20 cüzün hifzi”, “qiraət” və “tərtil qiraəti” bölmələrinin bağlanış mərasimi 11 dekabr səhər Təbiz şəhərində keçirildi.

"İQNA"-nın Şərqi Azərbaycan üzrə müxbirinin verdiyi məlumata görə, bu mərasim beynəlxalq qari Mehdi Qulamnejadın Quran tilavəti ilə Təbrizin məscidində baş tutub.

Mərasimin əvvəlində bu müsabiqənin qadınlar komitəsinin rəhbəri Məryəm Kazımi çıxış edərək, iki aləm qadını Həzrət Fatimeyi Zəhranı (s) yad edib və İran İslam İnqilabı, Müqəddəs Müdafiə, müqavimət, təhlükəsizlik və sağlamlıq şəhidlərinin xatirəsini hörmətlə anıb. O deyib: “Bu müsabiqənin qadınlar bölməsində qiraət, tərtil, tam hifz və 20 cüzün hifzi üzrə 96 iştirakçı və yeddi qrupu təmsil edən 47 nəfər iştirak edib. Keçən günlər ərzində Şəhidlər şəhərində və Aşura sevərlərin məkanında böyük bir mədəniyyət tədbirinə ev sahibliyi etdik.”

Quran üzrə ölkə miqyaslı müsabiqələrin qadınlar komitəsinin rəhbəri bəyan edib ki, müsabiqələrin kişi bölməsi başa çatana qədər məscidlərdə, məktəblərdə və idarələrdə Quran tədbirləri keçiriləcək. O əlavə edib: “Qadınlar komitəsi iki ay əvvəl təcrübəli və peşəkar qadınlardan ibarət müxtəlif qruplarla fəaliyyətə başlayıb.”

Məlumata əsasən, qadınlar arasında hifz və qiraət üzrə qaliblərin adları elan olunub.

Kişilər bölməsinin müsabiqələri isə 12 dekabr saat 10-da dini nəğmələr bölməsinin açılışı ilə başlayacaq və 21 dekabr tarixinə qədər davam edəcək.

Kişilər arasında dini nəğmələr bölməsinə aid müsabiqələr – mədhiyyə və Quran oxuma qrupları, azan və dua oxuma yarışları 12-14 dekabrda keçiriləcək. Hifz və qiraət bölmələrinə aid müsabiqələr isə 15 dekabr başlayaraq, 21 dekabra qədər davam edəcək.

4253097

Teqlər: quran ، müsabiqə ، təbriz ، qiraət
captcha