IQNA

Əl-Əzhər Konfrans Mərkəzində Kufi xətində Qurani-Kərim nüsxəsi sərgiləndi

3:11 - December 24, 2024
Xəbər sayı: 3497303
İQNA - Əl-Əzhər Konfrans Mərkəzində vizual sənətlər və ərəb xət sənəti sərgisi təşkil olundu.

"Əl-Masry Əl-Yəvm" saytının verdiyi xəbərə görə, sərgi Dünya Ərəb Dili Günü münasibətilə Əl-Əzhərə bağlı mərkəzlərin tədbirləri çərçivəsində təşkil edilib və vizual sənətlər və ərəb xət sənətindən ibarətdir. Sərginin açılışında Əl-Əzhərin nümayəndəsi, Əl-Əzhər Universitetinin rektoru və bu mərkəzin digər məsul şəxsləri iştirak ediblər.

Sərgi, Qahirənin Əl-Nəsra bölgəsində Əl-Əzhər Mərkəzlərinin tələbələri və bir qrup xət müəllimi və vizual sənət əsərləri ilə məşğul olan sənətçilərin birgə əməkdaşlığı ilə təşkil edilib.

Sərgidə Kufi xətində Quran, hərflərlə işlənmiş və əl ilə bəzədilmiş Quran əlyazmaları da daxil olmaqla Əl-Əzhər kitabxanasının tarixi əlyazmaları təqdim edilib.

Bu əlyazmanın ilk səhifəsində sağdan və soldan çiçəklərlə bəzədilmiş şəkildə "Allahdan başqa ilah yoxdur, Muhəmməd Allahın Rəsuludur" ifadəsini oxumaq asanlıqla mümkündür.

Bu Quran rəssamı Əli Lütfi tərəfindən yazılmışdır və onun fərqləndirici xüsusiyyəti Quranın tamamını yalnız 19 səhifədə toplamasıdır.

Sərgidəki digər əsərlər arasında ərəb xətti, hərflər və deyimlərin olduğu tablolar yer alıb.

Əl-Əzhər nümayəndəsi sərgidəki çıxışında, Əl-Əzhər İslam Mərkəzinin tələbələrinin bacarıq və qabiliyyətlərini gücləndirərək, yeni dini və elmi baxış açıları aça biləcək bir nəslin yetişməsi məqsədilə hər zaman yeniliklər etməyə və müxtəlif sənət sahələrində fəaliyyət göstərməyə təşviq etdiyini söyləyib.

UNESCO 2012-ci ildə hər il 18 dekabrın Dünya Ərəb Dili Günü olaraq qeyd edilməsini təsdiq edib və BMT Baş Assambleyasının 18 dekabr 1973-cü ildə ingilis, çin, fransız, rus və ispan dilləri ilə yanaşı ərəb dilini də BMT-nin rəsmi dillərindən biri kimi qəbul edən qərarını qeyd etmək lazımdır.

4255294

Teqlər: misir ، sərgi ، konfrans ، quran nüsxəsi
captcha