IQNA

İQNA-nın Quran Müsabiqələrinin Maarif Bölməsinin birinci günü ilə bağlı hesabatı

3:15 - December 24, 2024
Xəbər sayı: 3497305
İQNA - Quran-Kərimin 47-ci ümummilli müsabiqəsinin maarif bölməsi üzrə ilk günü "Quran maarifi", "Nəhcül-Bəlağə", "Səhifeyi-Səccadiyyə" və beynəlxalq bölmə üzrə qadınlar arasında 11, kişilər arasında isə 12 təmsilçinin iştirakı ilə keçirildi.

"İQNA"-nın Qumdan verdiyi məlumata görə, Quran-Kərimin 47-ci ümummilli müsabiqəsinin qadınlar və kişilər arasında şifahi müsabiqələrinin birinci günü dekabrın 22-si, bazar ertəsi, Qumda yerləşən İmamzadə Seyid Əli (ə) məqbərəsinin konfrans zalında Qum Vilayəti Vəqflər və Xeyriyyə İşləri İdarəsinin ev sahibliyi ilə baş tutdu.

Əvvəldə qadınlar bölməsində, Quran maarifi, Nəhcül-Bəlağə və Səhifeyi-Səccadiyyə üzrə hər bir bölmədə 3 nəfər olmaqla İsfahan, Gilan, Fars, Qum, Çaharmahal-Bəxtiyari, Xorasan Rəzəvi, Simnan və Xuzistan vilayətlərindən və beynəlxalq bölmədə 2 nəfər - Əfqanıstan və Hindistandan olmaqla ümumilikdə 11 nəfər iştirak etdi.

Beynəlxalq bölmədə Hindistandan Şəməilə Zeynəb və Əfqanıstandan Fatimə Sabiri Quran maarifinin təfsiri üzrə münsiflərin şifahi suallarına cavab verdilər.

Münsiflərin sualları arasında "Səadət və bədbəxtlik", Səhifeyi-Səccadiyyənin maarifi və Əhzab müharibəsinin nəticələri ilə bağlı Quran mövzular var idi.

Həzrət Fatimə Zəhranın (s) mövludu və analıq məqamının ucaldılması mövzusu ilə bağlı "İtrət" adlı təvaşihlə çıxış edən qrupun ifası günün maraqlı məqamlarından biri oldu.

Qadınlar arasında yarışma ilk gün tamamlandı. Yeniyetmə qiraətçinin tilavəti, zalda camaat namazının qılınması və qısa istirahətdən sonra müsabiqənin maarif bölməsinin ilk günü kişilər arasında yarışla davam etdi.

Birinci günün başqa bir hissəsində, kişilər arasında Quran maarifi, Nəhcül-Bəlağə, Səhifeyi-Səccadiyyə və beynəlxalq bölmə üzrə hər bir bölmədə 3 nəfər olmaqla Xorasan Rəzəvi, Mazandaran, Qum, Kirmanşah, Şimali Xorasan, İsfahan, Yəzd və Çaharmahal-Bəxtiyari vilayətlərindən, habelə Qvineya, Çad və Əfqanıstandan olmaqla ümumilikdə 12 nəfər iştirak etdi.

Beynəlxalq bölmədə Çaddan Süsal ət-Tayyib, Qvineyadan Əbdülkərim Bah və Əfqanıstandan Seyid Əsədullah Əsğəri Quran maarifi üzrə şifahi suallara cavab verdilər.

Yeniyetmələrin qrup çıxışı günün ikinci hissəsinin maraqlı məqamlarından biri olub və zala xüsusi bir atmosfer qatdı.

Bu müsabiqədə Quran üzrə 10 nəfər müəllimdən ibarət münsiflər heyəti iştirak edib və Abbas Səlimi bu heyətə rəhbərlik edib.

Münsiflər heyəti Abbas Səlimi, Seyidə Məsumə Təbatəbai, Səkinə Axund, habelə Höccətül-islam Məhəmmədəli Rzayi-İsfahani, Məhəmmədhüseyn Rəfii, Seyid Mehdi Haşimi, Seyid Məhəmməd Aqili, Mürtəza Vafi və Cavad Kərimidən ibarətdir.

Quran-Kərimin 47-ci ümummilli müsabiqəsinin şifahi bölməsi üzrə bağlanış mərasimi dekabrın 26-da qaliblərin təqdimatı və mükafatlandırılması ilə başa çatacaq.

Xatırladaq ki, Quran-Kərimin 47-ci ümummilli müsabiqəsinin səsli-qiraət bölməsi "Fatiməvi model üzrə Quran yol xəritəsi" şüarı ilə 12-29 dekabr tarixlərində Təbrizdə 225 iştirakçının iştirakı ilə keçirilib. Maarif bölməsinin final mərhələsi isə 1-6 yanvar tarixlərində 74 yerli, 19 xarici və 6 sünni təmsilçinin iştirakı ilə baş tutacaq.

Qum şəhəri elmiyyə hövzəsi, böyük müctəhidlərin iştirakı və yüzlərlə Quran və təfsir mərkəzinin fəaliyyətinə görə, bu yarışların maarif bölməsinin daimi ev sahibi olaraq seçilmişdir.

4255486

captcha