"Əl-Əyn" saytının verdiyi xəbərə görə, yarışı BƏƏ-nin daxili işlər naziri Seyf bin keçirir. O, Zayid Əl-Nəhyanın nəzarəti altında keçiriləcək.
Əl-Təhbir Quran Elmləri Mükafatının katibi Ömər Həbtur Əl-Darai müsabiqənin virtual olaraq keçirildiyini və bütün yaş qrupları üçün açıq olduğunu və Quran tilavəti və təcvid, ən gözəl tərtil, Quran məfhumları, azan, moizə, ailə dəyərləri və mədəni yarışlar kimi müxtəlif kateqoriyaların olduğunu açıqladı.
Əl-Darai deyib ki, “Əmirlik vətəndaşları, BƏƏ sakinləri və BƏƏ xaricindən olan iştirakçılar rəsmi www.tahbeer.ae saytında qeydiyyatdan keçə bilərlər. Onlar qeydiyyat formasını doldurduqdan sonra üç dəqiqədən çox olmayan qiraətinin video çarxını göndərə bilərlər”.
İştirakçıların video kliplərini 009715455509914 WhatsApp nömrəsinə göndərə biləcəklərini də bildirən "Əl-Təhbir Quran Elmləri Mükafatı"nın katibi, qeyd etdi ki, kliplər Qurani-Kərimin qiraəti və təcvidi, Quran məfhumları, ən gözəl tərtil və azan... kimi müxtəlif kateqoriyalarda ola bilər.
Əl-Darai builki müsabiqəyə “Ailə dəyərləri” kateqoriyasının əlavə edildiyini bildirib. O, “Əl-Təhbir Mükafatı müsabiqəsi milli kimliyi gücləndirmək və ailələrə uşaqlarına Quran öyrətmək, dəyərləri və saleh davranışları yaymaq, ekstremizmi rədd etmək, başqalarına hörmət və cəmiyyətdə yaxşı prinsiplərə və müsbət vətəndaşlıq öhdəliyi aşılamaq üçün imkanlar təqdim etmək məqsədi daşıyır” dedi.
4261549