IQNA

Sionist rejim UNRWA-ya Qüdsü tərk etmək üçün vaxt verib

1:58 - January 26, 2025
Xəbər sayı: 3497501
İQNA- İsrail rejimi BMT-nin Fələstinlilərə Yardım Agentliyinin (UNRWA) Qüdsdəki fəaliyyətini yanvarın 30-dək dayandıracağını və şəhərdəki bütün binalarını boşaldacağını bildirib.

"Middle East News" internet saytının verdiyi məlumata görə, sionist rejimin BMT-dəki səfiri Denni Danon BMT-nin baş katibi Antonio Quterreşə məktub göndərərək, UNRWA-nın Qüdsdəki fəaliyyətini dayandırmasını və binalarını boşaltmasını istəyib.

Oktyabr ayında sionist Parlamenti (Knesset) UNRWA-nın Fələstində fəaliyyətini qadağan edən qanun qəbul edib.

Danon İsrailin qərarının HƏMAS və digər terror təşkilatlarının UNRWA-ya sızmasının yaratdığı ciddi təhlükəsizlik risklərinə birbaşa cavab olduğunu iddia edib.

UNRWA-nın İsrailin ciddi narahatlığını aradan qaldırmaq üçün heç bir addım atmadığını da bildirilib.

İsrail rejimi UNRWA-ya Qüdsdə fəaliyyət göstərdiyi bütün binaları boşaltmaq üçün yanvarın 30-dək vaxt verib.

4261726

Teqlər: sionist rejim ، fələstin ، qüds ، israil
captcha