IQNA

İrlandiyalı deputat: "Qərb İsrailin fələstinlilərə qarşı cinayətlərində şərikdir"

2:35 - February 15, 2025
Xəbər sayı: 3497619
İQNA - İrlandiyalı millət vəkili Mett Karti Qərb ölkələri və İsrailin Fələstində törədilən cinayətlərə münasibətini sərt şəkildə tənqid edib.

"Əl-Cəzirə" telekanalının verdiyi məlumata görə, İrlandiya parlamentinin nümayəndəsi Qərbin Fələstin məsələsi ilə bağlı siyasətlərini tənqid edərək, Qərbi, sionist rejimin şəriki kimi xarakterizə edib.

Britaniyanın Qəzza ilə bağlı mövqeyini “məyusedici, lakin təəccüblü deyil” kimi xarakterizə edən parlament nümayəndəsi ölkənin müstəmləkə keçmişini və Qərbin İsraillə əməkdaşlığını xatırladıb.

Karti bildirib ki, insan haqlarını və beynəlxalq hüququ müdafiə etmək iddiasında olan bu ölkələr, sanki İsrailin cinayətlərinə ortaq kimi öz cinayətlərini siyasi və hüquqi örtüklə ört-basdır edirlər.

Matt Karti İsraili Qəzzada “soyqırım” törətməkdə ittiham edərək, beynəlxalq ictimaiyyəti vəhşilikləri dayandırmaq üçün konkret addımlar atmadığına görə qınayıb.

Karti günahsız mülki əhalinin öldürülməsini, evlərin, məktəblərin və xəstəxanaların dağıdılmasını pisləyib, eyni zamanda Qərb dövlətlərinin İsrailə davamlı dəstəyini vurğulayıb.

O, həmçinin Qərbin fəaliyyətsizliyini pisləyib və bildirib ki, sadəcə olaraq qınaq bəyanatları kifayət deyil.

Matt Karti həmçinin bildirib ki, İsrailə silah və diplomatik dəstək verilməsi İsrailin öz hərəkətlərinə görə məsuliyyət daşımasına mane olur, Qərb ölkələrinin susması isə İsraili beynəlxalq hüququ pozmağa davam etməyə təşviq edir və Fələstin xalqının iztirablarına görə məsuliyyət daşıyır.

4265603

captcha