"Vas" xəbər agentliyinin verdiyi məlumata görə, 32 ölkədən 179 iştirakçının qatıldığı Quran müsabiqəsi iştirakçıları Kral Fəhd Quran Çap Mərkəzinin ən son texnologiyaları və nailiyyətləri haqqında məlumatlandırılıblar.
Proqram zamanı Çap Mərkəzinin fəaliyyətini, Qurani-Kərimin çapı və dünyanın müxtəlif dillərində nəşri sahəsində uğurlarını əks etdirən sənədli film nümayiş etdirilib.
Bundan əlavə, müsabiqə iştirakçılarına Qurani-Kərimin çap və nəşri proseslərində istifadə olunan istehsal və qabaqcıl texnologiyalar haqqında məlumat verilib.
Səfərin sonunda nümayəndə heyətinin üzvlərinə Qurani-Kərimin nüsxələri hədiyyə edilib. Müsabiqə iştirakçıları həmçinin Quranın xidmətində göstərdikləri səylərə görə Səudiyyə Ərəbistanının hakimiyyət orqanlarına minnətdarlıqlarını bildiriblər.
4265912