IQNA

İtalyanlar İsrailin Qəzzada törətdiyi cinayətlərə etiraz ediblər

11:00 - April 15, 2025
Xəbər sayı: 3498018
İQNA - İtaliyanın Milan şəhərində minlərlə insan İsrailin Qəzzada davam edən zülmünə etiraz olaraq nümayiş keçirib.

"İQNA", "Ərəbi 21" saytına istinadən xəbər verir ki, İtaliyanın Milan şəhərində İsrailin Qəzzada soyqırımına son qoyulması tələbi ilə böyük nümayiş keçirilib. Orada təxminən 15 min nəfər iştirak edib.

Əllərində Fələstin bayraqları və Fələstinə dəstək şüarları səsləndirən nümayişçilər Qəzzada soyqırımın dayandırılmasını, orada dərhal və daimi atəşkəs tələb ediblər.

Aksiya zamanı ara-sıra toqquşmalar yaşansa da, İtaliya mətbuatı 7 nümayişçinin həbs olunduğunu bildirib.

İsrailin Qəzzada fələstinli qadın və uşaqlara qarşı cinayətlərini pisləmək üçün şənbə günü İsveçin paytaxtı Stokholmda da nümayiş keçirilib.

Etirazçılar əllərində “Fələstini azad edin; Qəzzanı azad edin; Soyqırımı dayandırın; İsraili boykot edin” sözləri yazılmış lövhələr tutub.

İngiltərədə də nümayiş keçirilib və iştirakçılar Qəzza zolağında müharibənin dərhal dayandırılmasını tələb ediblər. Fələstin xalqına dəstək və onların hüquqlarına hörmət etməyə çağıran nümayişçilər İsrailin Fələstin xalqına etdikləri soyqırımına qarşı şüarlar səsləndiriblər.

Avstriyanın paytaxtı Vyanada da İsrailin Qəzzaya qarşı müharibəsi və bölgə xalqına qarşı blokadanın davam etməsinə reaksiya verilib.

4276147

captcha