IQNA

Tacikistan Üləma Şurasının sədri İslam Birliyi və Fələstinlilərə dəstəyini vurğulayıb

10:18 - May 11, 2025
Xəbər sayı: 3498160
İQNA – Tacikistan Üləma Şurasının sədri Şeyx Səid Mükərrəmzadə fələstinliləri və onların müstəqil dövlət istəklərini dəstəkləməyə davam edəcəklərini vurğulayıb.

“Əl Əxbar” saytının verdiyi məlumata görə, Şeyx Səid Mükərrəmzadə birliyin insanlara sülh və əmin-amanlıq gətirdiyini və müsəlmanların bu birliyi həm batində, həm də zahirdə həyata keçirəcəklərinə ümid etdiyini bildirib.

“İslam dünyasının yaşadığı bütün böhranların qəlblərin vəhdətinin olmamasından qaynaqlandığına inanıram” deyə danışan Mükərrəmzadə çıxış edərək, Qurani-Kərimin Allahın ipindən möhkəm yapışıb parçalanmamağı əmr etməsinə baxmayaraq, insanların bir-birinə qarşı xoş niyyətli olmaq əvəzinə fikir ayrılığına düşdüyünü bildirib.

Üləma Şurasının sədri bütün dünya xalqlarının əqidəsindən asılı olmayaraq Fələstin məsələsi və Qəzzədəki sionist rejimin cinayətlərinə reaksiya verdiyini bildirərək, ölkəsinin çətin vəziyyətlərində fələstinlilərin hər zaman yanında olduğunu bildirib.

Mükərrəmzadə bəyan edib ki, Tacikistan prezidenti ağır vəziyyəti pisləyib və beynəlxalq ictimaiyyəti Fələstində sabitliyin bərpası prosesini sürətləndirməyə çağırıb.

O, Fələstin probleminin “iki dövlət” həlli məsələsinə də toxunaraq deyib ki, bəzi ölkələrin müdaxiləsi sülh prosesini çətinləşdirir və müstəqil Fələstin dövlətinin yaradılması ehtimalını təhdid edir.

Tacikistan Üləma Şurasının sədri, müsəlmanlar arasında birliyin vacibliyini vurğulayaraq, “Quranın birləşməyə dair açıq-aşkar əmrinə baxmayaraq, bəzi insanların bir-birinə qarşı xoş niyyətli olmaq əvəzinə, ayrılığa düşdüyünü görürük. Məzhəb zorakılığı və qarşıdurmaların aradan qaldırılması üçün beynəlxalq islami qurumlar və təşkilatlar bu məqsədə çatmaqda rol oynamalıdırlar. Amma biz bu sahədə kifayət qədər səy göstərmirik” dedi.

4281308

captcha