IQNA

Səudiyyə Ərəbistanı Zəmzəm suyunun daşınmasına qaydalar və məhdudiyyətlər qoyur

10:53 - May 14, 2025
Xəbər sayı: 3498183
İQNA – Səudiyyə Ərəbistanının Həcc orqanları Zəmzəm suyunun daşınması qaydalarını açıqlayıb.

“Halalkhalij” saytının verdiyi məlumata görə, bu qaydalar Həcc və Ümrə vizası olan şəxslərin zəmzəm suyunu əldə etməsini asanlaşdırmaq səylərinin bir hissəsidir.

Yeni qaydalara əsasən, Həcc və ya Ümrə vizası olmayan sərnişinlərin Ciddə hava limanından çıxarkən yanlarında zəmzəm suyu şüşələri daşımaları qadağan ediləcək.

Bu addım, Həcc mərasimini yerinə yetirmək üçün Səudiyyə Ərəbistanına səfər edən zəvvarlara və ümrə ziyarətçilərinə zəmzəm suyunun paylanmasını asanlaşdırmaq məqsədi daşıyır.

Səudiyyə Ərəbistanı da Zəmzəm suyunun saflığını və düzgün paylanmasını təmin etmək üçün 700 milyon Səudiyyə riyalından çox xərclənən Kral Abdullah bin Əbdüləziz Zəmzəm Su Layihəsini həyata keçirib.

Bu layihə, Zəmzəm suyunu ən son texnologiyadan istifadə edərək saflaşdırmaq və rəsmi satış mərkəzləri vasitəsilə yaymaq məqsədi daşıyır.

Səudiyyə Ərəbistanının Zəmzəm su şüşələrinin daşınması qaydaları aşağıdakılardır:

-Həcc zəvvarları və ümrə ziyarətçiləri Səudiyyə Ərəbistanından çıxarkən özləri ilə yalnız 5 litr zəmzəm suyu apara biləcəklər.

- Bu şüşələri Məkkə və Mədinədə rəsmi satış mərkəzlərindən və ya hava limanlarında xüsusi mağazalardan almaq lazımdır. 5 litr Zəmzəm suyunun qiyməti 8,5 Səudiyyə riyalı olacaq.

-Zəmzəm su butulkaları qeydiyyatdan keçmiş baqajda buraxılmır və aviaşirkətin qaydalarına uyğun olaraq ayrıca aparılmalıdır.

Məscidül-Həram və Məscidün-Nəbinin əsas çıxışlarında paylayıcı məntəqələrin sayı da artırılıb ki, zəvvarlar rahatlıqla su əldə edə bilsinlər.

Bundan əlavə, Ciddədəki Kral Əbdüləziz Beynəlxalq Hava Limanında və Mədinədə Şahzadə Məhəmməd bin Əbdüləziz Hava Limanında butulkalarda Zəmzəm suyunun satışı üçün xüsusi sahələr ayrılıb.

Zəmzəm suyunun müsəlmanlar üçün xüsusi yeri var və su, Məkkədə Məscidül-Həramda yerləşən Zəmzəm quyusundan çıxarılır.

Peyğəmbərimiz (s) onu “yer üzündəki ən gözəl su” olaraq təsvir etmişdir.

Elmi araşdırmalar göstərib ki, Zəmzəm suyunun tərkibində kalsium və maqnezium kimi faydalı minerallar, həmçinin antibakterial xüsusiyyətlər var.

4282020

captcha