Məlumata görə, Əl-Əzhər bu hücumları regional və beynəlxalq sülh və təhlükəsizliyə birbaşa təhdid kimi qiymətləndirib.
Əl-Əzhər bəyan edib ki, işğalçı rejimin həyata keçirdiyi zülm siyasəti müasir tarixdə işğalın ən pis təzahürlərindən biridir.
O, həmçinin qeyd edib ki, İsrailin İrana hücumları daha da eskalasiya xəbərdarlığını daşıyır və regionu daha da xaos və qeyri-sabitliyə sürükləməklə hədələyir.
Əl-Əzhər beynəlxalq ictimaiyyəti, BMT təsisatlarını və bütün şüurlu vicdanları öz mənəvi və humanitar öhdəliklərini yerinə yetirməyə çağırıb və onlardan sionist rejimin region ölkələri və xalqlarına qarşı təcavüzlərini dayandırmaq, ölkələrin suverenliyi və ərazi bütövlüyünə hörmət etmək və gərginliyin qarşısını almaq üçün tez bir zamanda hərəkətə keçmələrini tələb edib.
4288467