“Əl-Kəfil” xəbər verir ki, bu sərgidə Ayətullah Sistaninin “Kifayi Cihad” fətvasına müsbət cavab verən döyüşçülərin qələbələri və fədakarlıqları nümayiş olunub və İraq xalqına qarşı terrorizmin cinayətləri sənədləşdirilib.
Sərgidə həmçinin İraq döyüşçülərinin “İŞİD” terror qruplaşmasına qarşı mübarizədə əldə etdikləri qələbə anlarının fotoları, Bəəs rejiminin cinayətlərini pisləyən sənədlər, eləcə də İŞİD terror qruplaşmasının İraqın bir neçə bölgəsində törətdiyi vəhşilikləri əks etdirən digər sənədlər nümayiş etdirilib.
Bu sərginin təşkil olunmasında əsas məqsəd, Kifayi Cihad haqqında ictimai maarifləndirməni gücləndirmək və Nəcəfül-Əşrəfdəki Ali Dini Mərcəiyyətin çağırışına səs verərək şəhid olanların fədakarlıqlarına sədaqət ruhunu təbliğ etməkdir.
Həzrət Abbas (ə) Hərəmi və “Əl-Vafi” İnstitutu bu mühüm tarixi mərhələni sənədləşdirmək işini davam etdirməyə çalışır. Məqsəd, bu çətinliklərin və İraqın yaşadığı müsibətlərin gələcək nəsillər üçün canlı şahid kimi qorunub saxlanılması və xalqın birlik, ayıqlıq və fədakarlıqla bu çətinliklərin öhdəsindən necə gəldiyini göstərməkdir.
Aşağıda bu sərgidən bəzi şəkilləri görə bilərsiniz:
4293691