“İQNA”-nın “Middle East News”-a istinadla verdiyi xəbərə görə, BMT Təhlükəsizlik Şurası Suriyada baş verən son hadisələrlə bağlı iclas keçirib.
Bu xəbərə əsasən, BMT Təhlükəsizlik Şurası iclasda Suriyada mülki şəxslərə qarşı zorakılığı qınayıb və bildirib ki, bu zorakılıqlar ölkənin sabitliyinə mane olur.
Təhlükəsizlik Şurası, həmçinin İsrail rejimi tərəfindən Suriyaya qarşı artan hücumları qınayıb.
Şura bildirib: “İsrailin bu hərəkətləri yeni bir Suriyanın qurulması istiqamətindəki səyləri zəiflədər”.
BMT Təhlükəsizlik Şurası, həmçinin ordu bu bölgədən çıxdıqdan sonra Süveyda vilayətində bədəvi ərəblərin hüquqlarının pozulması ilə bağlı hesabatlar aldığını bildirib.
Şura vurğulayıb: “Süveydanın təhlükəsizliyi və sabitliyi yalnız bütün tərəflərin iştirakı ilə real barışıq yolu ilə təmin oluna bilər”.
BMT Təhlükəsizlik Şurası həmçinin Suriyadan istədi ki, real siyasi prosesə başlasın.
4294913