IQNA

Ərbəin günləri ərəfəsində ziyarətçilərin rahat hərəkətini təmin etmək məqsədilə dəmir körpü quraşdırılır

4:06 - July 27, 2025
Xəbər sayı: 3498592
İQNA - Kərbəla şəhərində Ərbəin günləri ərəfəsində ziyarətçilərin rahat hərəkətini təmin etmək məqsədilə iki Hərəm arasına dəmir körpü quraşdırılır.

“Əl-Kəfil” xəbər agentliyinin məlumatına görə, Həzrət Əbəlfəzl Abbasın (ə) mütəhhər hərəminin texniki bölməsinin əməkdaşları İmam Hüseynin (ə) Ərbəin ziyarətinə hazırlıqlar çərçivəsində iki hərəmin arasındakı ərazidə dəmir körpünün quraşdırılmasına başlayıblar.

Bu körpünün məqsədi ziyarətçilərin hərəkətini daha nizamlı şəkildə təmin etmək və əzadarlıq dəstələrinin keçidi ilə toqquşmanın qarşısını almaqdır.

Dəmir körpü həm gediş, həm də gəliş istiqamətində olmaqla iki hərəkət zolağından ibarət olacaq. Bu addım Ərbəin günlərində Kərbəla şəhərinə gələn milyonlarla ziyarətçiyə xidmət etməyə yönəlib.

Həzrət Abbasın (ə) hərəminin müxtəlif şöbələri həm İraqdan, həm də xarici ölkələrdən gələn zəvvarlara ən yüksək səviyyədə xidmət göstərmək üçün bütün imkanlarını səfərbər ediblər.

Aşağıda körpünün quraşdırılması əməliyyatından görüntüləri izləyə bilərsiniz:

4296235

captcha