IQNA

Yəmən Silahlı Qüvvələrinin işğal olunmuş torpaqlara hücumu

10:38 - August 23, 2025
Xəbər sayı: 3498740
İQNA - Yəmən Silahlı Qüvvələrinin sözçüsü, briqada generalı Yəhya Səri, işğal olunmuş ərazilərdəki Lidd (Ben Qurion) hava limanına ballistik raketlə hücum edildiyini bildirib.

“İQNA”-nın Fələstin İnformasiya Mərkəzinə istinadən verdiyi xəbərə görə, general Səri deyib ki, Yəmən ordusunun pilotsuz uçuş aparatları bir hərbi və biri həyati olmaqla Hayfa və Əşqəlondakı iki hədəfi vurub.

Yəmən Silahlı Qüvvələrinin sözçüsü bəyanatında vurğulayıb ki, bu ölkə, bütün böyük Yəmən xalqı ilə birlikdə Qəzzədəki qardaş mücahidlərinin igidliklərini və fədakarlıqlarını təqdir və tərif edir.

Yəmən Silahlı Qüvvələri bildirib ki, Qəzzədəki mücahid qardaşlarımız ümmətin düşmənlərinə qarşı müqavimət göstərməklə ən ali nümunələri ortaya qoyub və Allah yolunda İslam ümmətinin şərəf və ləyaqətini qorumaq üçün canlarını və bütün varlıqlarını fəda edirlər.

Yəmən Silahlı Qüvvələrinin sözçüsü Qəzzədəki mücahidlərə xitabən deyib: “Yəmən, sadiq xalqı, mücahid ordusu və mömin rəhbərliyi ilə, sizə qarşı təcavüz dayandırılana və mühasirəniz götürülənədək, sizinlə olacaq.”

4301267

captcha