“İQNA”-nın “ən-Nəbə” nəşrinə istinadən verdiyi xəbərə görə, Vəqflər Nazirliyi bildirib ki, müsabiqəyə qeydiyyat şənbə, sentyabrın 6-dan başlayıb və sentyabrın 12-dək davam edəcək.
Quran və məddahlıq müsabiqəsi Əzhər şeyxinin və Misir vəqflər nazirinin nəzarəti altında, bir xeyriyyə təşkilatının əməkdaşlığı ilə, Böyük Qahirə vilayətlərində (Qahirə, Giza, Qəlyubiyyə) Peyğəmbərin (s) mövludu münasibətilə keçiriləcək.
Bu yarış həm qadınlar, həm də kişilər üçün nəzərdə tutulub və 3–18 yaş qruplarında təşkil olunacaq. Həmçinin iştirakçılar Böyük Qahirə sakinləri olmalı və təcvid və tilavət qaydalarına bələd olmalıdırlar.
Müsabiqənin ilkin mərhələsinin 2025-ci il sentyabrın 14-dən 25-dək Misir vəqflər idarələrində keçiriləcəyi açıqlanıb.
Final mərhələsi isə 2025-ci il sentyabrın 28-dən oktyabrın 2-dək baş tutacaq və sonda qaliblərə dəyərli hədiyyələr təqdim olunacaq.
4303834