IQNA

Müsəlman Xanımlarının Beynəlxalq Vəhdət Konfransı çərçivəsində keçirilən həmrəylik görüşünün yekun bəyanatı

10:32 - September 09, 2025
Xəbər sayı: 3498834
İQNA - Tehranda keçirilən 39-cu Beynəlxalq İslam Vəhdəti Konfransının kənarında təşkil olunan müsəlman xanımlarının beynəlxalq həmrəylik görüşündə iştirakçılar yekun bəyanat qəbul edərək, İslam dövlətlərinin sionist işğalçı rejimə qarşı hərtərəfli boykotun zəruriliyini vurğulayıblar.

“İQNA”-nın məlumatına görə, sentyabrın 17-də Parsian Azadi otelində İran prezidentinin qadın və ailə məsələləri üzrə müavini Zəhra Bəhruz Azər, Qadın və Ailə Ali Şurasının sədri Fəhimə Fərhəndpur və 39-cu Beynəlxalq İslam Vəhdəti Konfransının xarici qonaq xanımları iştirak edib.

Yekun bəyanatın mətni belədir:

Bismillahir-Rəhmanir-Rəhim

Artıq təxminən iki ildir ki, sionist rejimin vəhşicəsinə işğalçı hücumları İslam torpaqlarının bir hissəsini hədəfə alıb və bu rejim utanmaz cəsarətlə, vəhşi davranışlarla günbəgün cinayətlərinin miqyasını artırmaqdadır.

Keçən il biz İslam ölkələrinin bir qrup xanımı olaraq belə bir toplantıda bir araya gəldikdə, sionist rejimin hücumlarının miqyası Qəzzadan çox da kənara çıxmamışdı. Lakin sionistlər İslam dünyasının mühüm bir hissəsinin laqeyd münasibətini və yalnız Qəzza xalqının təkbaşına mübarizəsini görüb, vəhşi hücumlarını Fələstinin İordan çayı sahili, Livanın Dahiyə bölgəsi, Yəmənin Səna şəhəri, hətta İran İslam Respublikasının Tehranı və digər şəhərlərinə qədər genişləndirməyə cəsarət etdilər.

Bəli, onlar bu dünyada tarixin doğru tərəfində dayanmağı və məzlumun yanında olmağı qərara almış ölkələrə, xalqlara və qüvvələrə hücum edirlər. Necə ki, Peyğəmbərin (s) qardaşı və vəsisi İmam Əlidən (ə) öyrənmişik: “Zalımın düşməni, məzlumun isə yardımçısı olun.”

Bu arada qeyd etmək lazımdır ki, İran xanımları 12 günlük müharibə zamanı işğalçı sionist rejimin vəhşi hücumlarının yaratdığı saysız-hesabsız müsibət və itkilərə qarşı göstərdikləri səbir və müqavimətlə həqiqətən də fədakarlığın və qəhrəmanlığın başqa bir nümunəsini ortaya qoydular.

Nəticə etibarilə, biz İslam dövlətlərinin təsirli şəkildə hərəkət etmədiyi bir şəraitdə, Qəzzə, Livan və Yəmən xalqlarının müdafiəsində müsəlman ölkələrinin xanımları olaraq bəyan edirik:

Zalımlara qarşı susmaq sizə təhlükəsizlik gətirməyəcək, əksinə sizi onların qanunsuz mənafelərinin daha itaətkar qulluqçularına çevirəcək.

Qəzzə xalqının taleyi bu bölgədəki digər İslam xalqlarının taleyindən ayrı deyil. Əgər sükut və laqeydlik davam edərsə, fələstinlilərin başına gətirilən müsibətlər tez və ya gec bütün müsəlman xalqlarını da bürüyəcəkdir.

Xüsusilə uşaqlar və qadınlar üçün sağlam su və ərzağın Qəzzə xalqına çatdırılması müsəlman xalqlarının əsas tələbi olmalı və bütün İslam dövlətlərinin fəaliyyətlərində prioritetə çevrilməlidir.

İşğalçı sionist rejimə qarşı hərtərəfli boykot bütün İslam dövlətlərinin gündəmində olmalı, hər cür iqtisadi fəaliyyət, ticarət əlaqəsi və s. tamamilə qadağan edilməlidir.

Həmçinin Qəzzə xalqının yanında məsuliyyətlə dayanaraq minlərlə nəfərlik yürüşlər təşkil edən, onların fəryadını dünya ictimaiyyətinə çatdıran bütün müsəlman və qeyri-müsəlman xalqlara, xüsusilə vətəndaş cəmiyyəti fəallarına, jurnalistlərə və qadın hüquqları müdafiəçilərinə dərin təşəkkürümüzü bildiririk.

4304132

captcha