“İQNA”-nın “Müslimun həvləl-Aləm” xəbər saytına istinadən verdiyi məlumata görə, bu tədbir həm elmi, həm də dini baxımdan mühüm bir nailiyyətə sevinci və qüruru özündə birləşdirirdi. Tədbirdə bu iki Quran hafizinin ailələri, dostları, elmə maraqlı insanlar, eləcə də tanınmış dini şəxslər iştirak ediblər. Onların arasında Şueyb Başhan – İstanbul Assosiasiyasının koordinatoru, Falon Mirta – Cakovadakı Müsəlmanların Dini İşlər İdarəsinin (İslam Məişət Şurası) rəhbəri, Nasir Tulay – Decanidəki İslam Məişət Şurasının sədri Fisar Kuşi – Cakovadakı İslam Məişət Şurasının baş imamı, və həmçinin Kosovodakı Quran hafizi Şəban Meratinin adını çəkmək olar.
Quranı tam əzbərləmələrinə görə bu iki hafiz dini rəhbərlər və dəvət olunmuş qonaqlar tərəfindən hədiyyələr və təbriklərlə xüsusi olaraq təltif olunublar. Bu uğur uzun bir zəhmət və səbir yolunun zirvəsini göstərir. Tədbirdə iştirak edənlər onlara Qurani-Kərimin nuru ilə işıqlanmış parlaq bir gələcək, elmi və dini həyatlarında xoşbəxtlik, müvəffəqiyyət və bərəkət arzulayıblar.
Quran Hifzi Tədris İnstitutu (Böyük Mədrəsə – Medreseja e Madhe), Kosovonun cənub-qərbində yerləşən tarixi Cakova şəhərində, ölkənin ən mühüm və ən böyük Quran hifzi müəssisələrindən biridir. Üç əsrdir ki, elmi və dini bir məbəd kimi işığını itirməyib.
Bu mədrəsə 1748-ci ildə albaniyalı alim Müəllim Vasili Əfəndi tərəfindən təsis olunub. Məqsəd elm mənbəyi yaratmaq, tələbələri bir araya toplamaq və bölgədə alimlər yetişdirmək olub.
1999-cu ildə bu mədrəsənin binası serb qüvvələri tərəfindən tamamilə dağıdılmışdı. Lakin sonradan Qətər dövləti onun bərpasını öz üzərinə götürdü və Türkiyə isə onun fəaliyyət və saxlanma xərclərini təmin etdi. Bununla da mədrəsənin tarixi və mədəni mövqeyi bərpa olundu.
Bu gün isə həmin mədrəsə Quran hifzinin tədrisi üçün müasir bir mərkəzə çevrilərək, dərin dini bilikləri qədim elmi ənənələrlə birləşdirir və Kosovoda, eləcə də bölgədə dini-mədəni işıltısını davam etdirir.
4307083