IQNA

Əlcəzair Beynəlxalq Quran Mükafatı üzrə ilkin mərhələyə qeydiyyatın başlanması

11:36 - October 25, 2025
Xəbər sayı: 3499089
İQNA - Əlcəzair Beynəlxalq Quran Mükafatının 21-ci beynəlxalq yarışmasının ilkin mərhələsinə qeydiyyat 20 oktyabr tarixindən başlayıb və 30 oktyabr tarixinə qədər davam edəcək.

“İQNA”-nın “eldjanoubelkabir.dz” xəbər saytına istinadən verdiyi məlumata görə, Əlcəzairin Vəqflər və Dini İşlər Nazirliyi, Hicri 1447 / Miladi 2026-cı il üçün Əlcəzair Beynəlxalq Quran Hifzi və Təcvidi Mükafatı yarışmasının ilkin mərhələsində iştirak üçün qeydiyyatın başladığını elan edib.

Nazirliyin açıqlamasında bildirilir ki, qeydiyyat yalnız yarışma üçün nəzərdə tutulmuş xüsusi elektron platforma vasitəsilə — moussabaka.marw.dz ünvanında — cari ilin oktyabrın 20-dən 30-dək həyata keçirilir.

Açıqlamada həmçinin qeyd olunur ki, bu platforma vasitəsilə iştirakçılar təkcə Beynəlxalq Quran Yarışmasının ilkin mərhələsinə deyil, eyni zamanda milli Quran hifzi, təcvit və təfsir yarışmalarının ilkin mərhələsinə, eləcə də azyaşlı hafizlər üçün təşviqi müsabiqəyə də müraciət edə bilərlər.

Əlcəzair Beynəlxalq Quran Müsabiqəsinə qatılmaq üçün namizədlərin yaşı 15-dən 25 yaşadək müəyyən olunub. Milli müsabiqədə iştirak üçün isə namizədin yaşı 25 yaşdan az olmamalıdır. Təşviqi müsabiqə üçün isə yarışmanın keçirildiyi gün iştirakçının yaşı 15-dən çox olmamalıdır.

Nazirlik vurğulayıb ki, əgər hər hansı namizəd əvvəllər milli yarışmada ilk üç yerdən birini və ya Əlcəzair Beynəlxalq Quran Yarışmasında mükafat qazanıbsa, builki yarışmada iştirak edə bilməz. Bundan əlavə, artıq milli və ya beynəlxalq səviyyədə tanınmış qari olan şəxslər də bu yarışmaya qəbul edilmir.

Nazirlik sonda bildirib ki, bu Qurani-Kərim müsabiqələrinin keçirilməsinin əsas məqsədi Allah kəlamını əzbərləmiş hafizləri təşviq etmək, ölkənin müxtəlif vilayətlərindən olan Quran istedadlarını üzə çıxarmaq və onları milli və beynəlxalq Qurani-Kərim yarışmalarında iştirak üçün hazırlamaqdır.

4312495

captcha