“İQNA”‑nın Müqəddəs İmam Əli (ə) Hərəminin rəsmi saytına istinadla verdiyi xəbərə görə, Həzrət Fatimə Zəhranın (s.ə), aləmlərin xanımlarının sevincli mövlud bayramı və İraqda “İffət həftə”si ilə eyni vaxtda, İmam Əlinin (ə) mütəhhər hərəminin bəzək‑tərtibat bölməsi hərəmin və müqəddəs həyətlərdə güllərlə bəzəmə işlərini davam etdirib.
Bölmənin məsulu Barıq Hadi xəbər mərkəzinə verdiyi açıqlamada bildirib: “Builki bayram proqramına hərəmin müqəddəs həyətlərində təbii qızılgül çələnglərinin yerləşdirilməsi daxildir ki, onların sayı 11 min budaqdan çox olmuşdur.”
O əlavə edib: “Bu bölmə həmçinin Həzrət Fatimə (s.ə) həyətinin dəhlizlərinin bəzədilməsi, “İffət həftəsi”nin xüsusi bayramlarının və müxtəlif fəaliyyətlərinin hərəmin daxilində hazırlanmasını davamlı səylərlə başa çatdırıb. Məqsəd bu münasibətin gözəlliyini və müqəddəsliyini önə çıxarmaqdır”.
O izah edib ki, bu işlər Müqəddəs İmam Əli (ə) Hərəminin geniş proqramının bir hissəsidir. Bu proqram Həzrət Zəhranın (s.ə) möhtəşəm mövludunu yad etmək, onun məqamına layiq mənəvi mühit yaratmaq və müqəddəs Nəcəf şəhərinin ictimai mühitində iffət dəyərlərini möhkəmləndirmək məqsədilə hazırlanıb.
4322044