IQNA

Quranı əzbərləmək – iki iordaniyalı məhkum üçün ənənəvi cəzanın alternativi

7:51 - December 17, 2025
Xəbər sayı: 3499419
İQNA – İordaniya məhkəməsi iki xərçəng xəstəsi məhkumu ənənəvi cəza əvəzinə Qurani-Kərimdən surələri əzbərləməyə məhkum edib.

“İQNA”-nın “Central” agentliyinə istinadən verdiyi xəbərə görə, paytaxt Əmmanda yerləşən bir məhkəmə qərar verib ki, bu iki xəstə ənənəvi cəza tədbirləri yerinə Quranı əzbərləmə mərkəzinə göndərilsin. 

Məhkəmə iki ayrı işdə qərar çıxarıb: birinci xəstə təhlükəsizlik əməkdaşlarına müqavimət göstərməkdə, ikinci isə yol-nəqliyyat qəzasında təqsirli bilinib və hər biri üçün alternativ cəza tətbiq olunub. 

Əmman Cinayət Məhkəməsinin hakimi onların hər birini 48 saat müddətində, gündə beş saat olmaqla Qurani-Kərimdən surələri əzbərləməyə məcbur edib. 

Hakim həmçinin bu iki xərçəng xəstəsinin sağlamlıq vəziyyətini nəzərə alaraq, onları reabilitasiya proqramına yazılmağa məcbur edib. Qərb Əmman məhkəməsi bu ilin əvvəlindən etibarən 300-dən çox ənənəvi cəza əvəzinə ictimai xidmət hökmünü icra edib. 

Bu təşəbbüslər, xüsusilə sağlamlıq baxımından xüsusi vəziyyətdə olan şəxslərə dair, çıxarılan hökmlərin mənfi nəticələrini azaltmaqla yanaşı, cəzanın islahedici məqsədini qorumağa yönəlmiş məhkəmə səylərinin bir hissəsi hesab olunur. 

4323189

captcha