
Məhəmmədbaqir Qalibaf ölkənin bütün yerləri ilə eyni vaxtda Tehran əhalisinin İnqilab meydanında 12 yanvar bazar ertəsi sionist və Amerika terrorizmi əleyhinə toplantısında deyib: "Allaha şükür edirik ki, ABŞ və sionist rejimin psixoloji müharibəsində İran xalqı düşmənə öz hədəflərinə çatmalarına icazə vermədi və düşmənin siyasi, iqtisadi və mədəni sahədə addımlarına mane oldu və bu xalq düşmən qarşısında qüdrətlə dayandı".
İslami Şura Məcslisinin sədri əlavə etdi: "Avropa ölkələri çox iddialı olmalarına baxmayaraq, Amerikanın bir təhdidi ilə özlərini itirərərək xar oldular. Ukrayna qazını baha qiymətə almağa məcburdurlar, amma Ukraynanın vəziyyətinə heç bir dəxalət edə bilmirlər. Lakin İran İslam Respublikası yenə də öz başıucalığını və müstəqilliyini qoruyub saxlayır".
O, keçən il Amerika və sionist rejim tərəfindən ölkəmizə tətbiq edilən 12 günlük müharibəyə işarə edərək dedi: "Düşmənlərin məqsədi İranın dağılması və parçalanmsı idi. Onların İslam Respublikası ilə müxalif olmasının səbəbi müstəqi və güclü İrandır. Bu gün sionist rejim heç bir İslam ölkəsinin güclü olmasına icazə vermir. Bu addımları Qətər, Suriya, Livan və başqa ölkələrə qarşı atmışdır. Çünki ABŞ və sionist rejimin əsası zor üzərində qurulub və onlar hər şeyin onların nəzarətində olmasını istəyirlər.
İRNA