IQNA

Məkkədə yerli və beynəlxalq Quran müsabiqələrinin qaliblərinin təltif mərasimi

11:43 - February 10, 2026
Xəbər sayı: 3499725
İQNA – Məkkə Quran Hifzi Xeyriyyə Cəmiyyəti, Misirdə keçirilən beynəlxalq Quran müsabiqəsində və Məkkə Quran yarışlarında yüksək nəticələr əldə edən Quran öyrənənləri mükafatlandırıb.

“İQNA”-nın “Səbəq” xəbər portalına istinadən verdiyi məlumata görə, mərasimdə Qurani-Kərimin tam hifzi üzrə birinci yerin sahibi Üseyd Bəşir Əbdülğaffar əl-Fətəni, 20 cüz hifzi üzrə birinci olan Süleyman Bəndər Müşeyb əl-Qəhtani və Misirin beynəlxalq Quran müsabiqəsində Səb’ətul-Qiraət üzrə beşinci yeri tutan Firas ibn Əhməd Mələbari təltif edilib.

Məkkə Quran Hifzi Xeyriyyə Cəmiyyətinin İdarə Heyətinin sədri Məhəmməd Məki Hidayətullah Əbdüt-Təvvab bildirib ki, bu uğurlar davamlı tədris, tərbiyə və izləmə fəaliyyətlərinin nəticəsidir və cəmiyyətin Quran sahəsindəki seçilən fəaliyyətini nümayiş etdirir.

Cəmiyyətin İdarə Heyətinin sədr müavini Maan ibn Haşim Həriri qeyd edib ki, bu nəticələr Quran öyrənənlərin inkişaf səviyyəsini əks etdirir və cəmiyyət istedadlı və seçilən şəxslərə uyğun tədris mühiti yaratmaq və onlara davamlı dəstək vermək üçün çalışır.

İdarə Heyətinin üzvü Abdullah ibn Ömər Qazi isə vurğulayıb ki, bu nailiyyətlər Quran proqramlarının inkişafı və tədris fəaliyyətlərinin gücləndirilməsi üçün mühüm motivasiyadır.

Mərasimdə həmçinin Quran müsabiqələrinə hazırlıq prosesində mühüm rol oynayan müəllimlər və nəzarətçilər də təltif olunublar.

4333309

Teqlər: məkkə ، quran ، müsabiqə ، yarış
captcha