IQNA

Nücəba baş katibinin mövqeyi: Ləbbeyk ey Fatimə balası

5:12 - March 01, 2026
Xəbər sayı: 3499849
İQNA – Nücəba baş katibi Şeyx Əkrəm Əl-Kəbi, inqilab Rəhbərinə müraciət edərək deyib: “Bütün varlığımızla və səmimi qəlbdən deyirik: Ləbbeyk ey Fatimə balası! Ləbbeyk ey Fatimə balası! Ləbbeyk ey Fatimə balası!”

“İQNA”, “Nücəba”-nın media ofisinə istinadən xəbər verir ki, Nücəba baş katibi Şeyx Əkrəm Əl-Kəbi, İnqilab Rəhbərinə müraciət edərək deyib: “Trampın zorbalığı cəzasız qalmayacaq. O, bu səhvi etdiyinə görə burnu yerə sürtüləcək”.

O, bildirib: “Bu axmaq uşaq qatili sionist rejimin kuklasıdır. İndi axmaqlıqla məntəqədəki bütün Amerika əsgərlərini taleyi ilə qumar oynayır”.

Əl-Kəbi qeyd edib ki, bizim şücaətli və mücahid döyüşçülərimiz bu təcavüz qarşısında sakit qalmayacaq ki, heç, ayağınızın altındakı torpağı titrədəcək. Döyüş meydanı onların əzmkarlığının şahididir.

O, əlavə edib: “Biz öz İmam Hüseynimizi (ə) tərk etməmişik, əhd-peymanımızı sındırmayacayıq və izzətimizdən əl götürməyəcəyik”.

Şeyx vurğulayıb ki, İmam Zamana (ə.f) kömək etmək istəyən hər kəs bu karvana qoşulsun.

4337408

captcha