“İQNA”-nın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, Fələstinli xristianlar işğal altındakı Qərb Sahilində, o cümlədən Qüdsdə Sionist rejimin hücumlarının güclənməsindən narahatlıqlarını ifadə ediblər. Bu, Fələstinli xristianlara qarşı təkrarlanan təqiblər və fiziki hücumların artdığı bir zamanda baş verir.
Onlar "Anadolu" agentliyinə müsahibəsində xəbərdarlıq ediblər ki, İsrailin hücumları, ibadət yerlərinə giriş və hərəkət azadlığına məhdudiyyətlər tətbiq etməklə yanaşı, xristianların şəhərdəki varlığını məhdudlaşdırmaq üçün daha geniş səylərin bir hissəsidir.
Son illər Qərb Sahilində, o cümlədən Qüdsdə, İsrailin xristian və müsəlman dini şəxsiyyətlərinə, habelə müqəddəs məkanlara qarşı hücumlarında əhəmiyyətli artımın şahidi olmuşuq.
Qüdsdəki kilsələr dəfələrlə İsrail rəsmilərini hücumları dayandırmaq üçün qəti tədbirlər görməyə çağırıb, lakin indiyədək heç bir nəticə olmayıb.
Şənbə günü Qüds Qubernatorluğu bir videoyayımlayıb ki, orada bir sionist məskunlaşan şəxsin Köhnə Şəhərdəki Erməni kilsəsinin girişində tüpürdüyü görünür.
Bu məskunlaşan şəxs bununla kifayətlənməyib, video onun hərəkətlərini qeydə alan təhlükəsizlik kamerası qarşısında ədəbsiz hərəkətlər də etdiyini göstərir.
Bu sənədləşdirmə sionist rejimin daxili təhlükəsizlik naziri Ben Qvirin 2023-cü ilin oktyabrında "xristianlara tüpürmək qədim yəhudi adətidir və bunu cinayət və həbs olunmağa layiq bir əməl saymaq olmaz" iddiasından sonra həyata keçirilir.
Kilsələr və hüquq müdafiə təşkilatları o zaman Ben Qvirin açıqlamalarını İsrail ifratçılarına hücumlarını davam etdirmək üçün yaşıl işıq kimi dəyərləndiriblər.
İşğal altındakı Qüds şəhəri ifratçı məskunlaşanlar tərəfindən xristian ruhanilərinə və kilsələrinə qarşı bu cür hərəkətlərin gücləndiyinin şahidi olur – bu, Tövratın digər dinlərə hörmətsizlik edən ifratçı təfsirləri və hökmlərinə əsaslanan bir təcrübədir.
Qeyd edək ki, Qüdsdə Fransız Müqəddəs Kitabşünaslıq və Arxeologiya Məktəbində çalışan bir rahibə aprelin 28-də hücuma məruz qalıb. Bir ifratçı yəhudi onu arxadan itələyib, yıxılaraq başını daşa çırpıb, sonra isə yerdə olarkən ona təpik vıb və bu, rahibənin xəsarət almasına səbəb olub.
Əvvəllər oxşar hücumlara göz yuman sionist rejimin polisi, irqçi motivli hücum etmək şübhəsi ilə 36 yaşlı ifratçı yəhudi şübhəlinin həbs edildiyini bildirib.
4350632