“İQNA”-nın "əbnal-ərəbiyyə"yə istinadən verdiyi xəbərə görə, Brüsseldə yerləşən Avropada İslamfobiyaya Qarşı Mübarizə Qrupu (CCIE) tərəfindən nəşr edilən "Avropada islamfobiya 2025" adlı illik hesabat, Avropa ölkələrində müsəlmanların vəziyyətinin narahatedici mənzərəsini çəkir.
Onlara qarşı nifrət artıq küçə hücumları ilə məhdudlaşmır, Avropada siyasi, media və təhlükəsizlik strukturlarının ayrılmaz hissəsinə çevrilmişdir.
İngiltərə, Fransa, İsveç, Avstriya və Danimarka da daxil olmaqla 11 Avropa ölkəsində qurbanların şikayətləri, media müşahidələri və universitet qurumlarının məlumatları əsasında hazırlanan bu hesabat, islamfobiyanın Avropada "normal" hala gələn bir fenomenə çevrildiyini təsdiqləyir.
Bu hesabata əsasən, yalnız 2025-ci ildə 876 islamfobiya hadisəsi qeydə alınıb ki, bunların əksəriyyəti ayrı-seçkilik, nifrətə təhrik, böhtan, təhqir və fiziki hücumlardan ibarətdir.
Eyni hesabata görə, müsəlman qadınlar qurbanların 80 faizini təşkil edir və ayrı-seçkilik hallarının əhəmiyyətli bir hissəsi birbaşa hicabla bağlıdır.
Bu hesabat göstərir ki, bu rəqəmlər "reallığın yalnız kiçik bir hissəsini" əks etdirir, çünki Avropa İttifaqının Əsas Hüquqlar Agentliyi təxmin edir ki, islamfobiya hadisələrinin yalnız altı faizi bildirilir. Bu problem, müsəlmanların rəsmi qurumlara inamsızlığı və islaməleyhinə mühitin normallaşması ilə əlaqələndirilir.
4354397