“İQNA”-nın Bəhreyn Araşdırmalar Mərkəzinə istinadən verdiyi xəbərə görə, Bəhreynli mübariz ruhani Ayətullah Abdullah əd-Dəqqaq deyib: Bəhreyn hakimiyyəti xalqına qarşı düşmənçiliyi dayandırmasa, süqut edəcək.
Bu bəhreynli alim çərşənbə günü keçirdiyi mətbuat konfransında ölkədəki son hadisələrlə bağlı mühüm məsələlərə diqqət çəkib.
Dəqqaq, xüsusilə alimlər və məddahlara qarşı işgəncə, təqib və vətəndaşlıqdan məhrumetmə kimi repressiyaların artması fonunda mətbuat konfransı təşkil edib.
Bu mübariz alim tənqidçilərə qarşı sistematik təzyiqlərdən, onların ailələrinin incidilməsindən və ittiham olunanların ədalətli məhkəmələrdən məhrum edilməsindən danışaraq, insan haqları təşkilatlarını daha fəal mövqe tutmağa çağırıb.
O, hazırkı vəziyyətin hakim rejimdəki siyasi və hüquqi böhranın dərinliyini göstərdiyini vurğulayıb və əlavə edib: Ayətullah Şeyx İsa Qasimə qarşı irəli sürülən yalan ittihamlar tamamilə əsassızdır. Belə dini və milli şəxsiyyətləri hədəfə almaq yalnız Bəhreyn xalqının müqavimətini daha da gücləndirəcək.
Dəqqaq Bəhreyn hakimiyyətini xəbərdar edərək bildirib ki, əgər vətəndaşlara qarşı düşmənçilik siyasətini dərhal yenidən nəzərdən keçirməsə və təzyiq və məhv etmə siyasətindən əl çəkməsə, qaçılmaz sonluq süqut olacaq.
Bəhreyn elmi hövzələrinin yüksək səviyyəli müəllimi əlavə edib: Ölkəmizdə və regionun bəzi ölkələrində baş verən hadisələr sionist rejimin yönləndirdiyi və bəzi mütilərin icra etdiyi məqsədli bir layihənin tərkib hissəsidir; məqsəd isə şiələrin inanc və varlığına zərbə vurmaqdır.
Sonda Şeyx Abdullah əd-Dəqqaq İraq xalqının dəstəyinə görə təşəkkür edib və Bəhreyn müxalifətinin xüsusilə BMT-nin insan haqları mexanizmlərindəki fəaliyyətini təsirli və uğurlu adlandırıb.
4352177