IQNA

Sionistlərin Qurban bayramı gecəsində Qəzzəyə hücumları

13:09 - May 28, 2026
Xəbər sayı: 3500425
İQNA – Dünən gecə fələstinlilərin Qurban bayramı şənlikləri altında sionist rejim Qəzza zolağına hücumlar edib, nəticədə bir neçə şəhid və yaralı olub.

“İQNA”-nın fələstin mənbələrinə istinadən verdiyi xəbərə görə, sionist rejimin döyüş təyyarələri dünən gecə Qəzza şəhərinin qərbində yerləşən Rimal məhəlləsini bombalayıb, bu da 6 nəfərin şəhadətinə və bir neçə nəfərin yaralanmasına səbəb olub.

Bu hücumlar fələstinlilərin Qurban bayramı münasibətilə keçirdiyi sevinc və şənliklər zamanı baş verib.

"Qüds" fələstin kanalının verdiyi xəbərə görə, sionist rejim ordusunun artilleriyası həmçinin Xan Yunis şəhərini və Qəzza zolağındakı Əl-Büreyc və Cəbaliyə düşərgələrini hədəf alıb.

Sionist rejimin döyüş təyyarələri həmçinin Xan Yunisin cənubunu da hədəf alıblar.

Qəzza xəstəxanalarındakı mənbələr həmçinin bildiriblər ki, sionist rejimin dünən Qəzza zolağına təşkil etdiyi hücumlar zamanı 11 nəfər şəhid olub.

Sionist rejimin təcavüzləri davam etsə də, fələstinlilər bu gün səhər Qəzzanın müxtəlif bölgələrində Qurban bayramı namazını qılıb "Allahu Əkbər" sədasını ucaltdılar. Fələstinlilər Qəzzanın dağıntıları arasında Qurban bayramı mərasimlərini keçirdilər.

4354747

captcha