“İQNA”-nin “Anadolu” Agentliyinə istinadən verdiyi xəbərə görə, sionist rejimin prezidenti İshaq Herzoq kəskin və açıq bir dillə yəhudi cəmiyyətində müsəlman və xristianlara qarşı zorakılığın yayılmasını təsdiqləyib və hətta bu cəmiyyətdə mövcud olan əxlaqi tənəzzül vəziyyətini tənqid edib.
Sionist rejimin rəhbəri çıxışında İsrail cəmiyyətində artan zorakılığa və İsrailin daxili təhlükəsizlik naziri İtmar Ben-Qvir tərəfindən yayımlanan, "Səmud" karvanı ilə nalayiq rəftarı əks etdirən və beynəlxalq qəzəbə səbəb olan videoya işarə edib.
Herzoq dedi: "İordan çayının qərb sahilində anarxist dəstələr tərəfindən həyata keçirilən dəhşətli zorakılıq dalğasının şahidi oluruq."
Təqribən 750 min sionist köçkün, Qərbi Sahildəki 141 yaşayış məntəqəsində və 224 postda, o cümlədən Şərqi Qüdsdəki 15 yaşayış məntəqəsində 250 min nəfər yaşayır.
Fələstin statistikasına görə, 8 oktyabr 2013-cü ildə Qəzzada soyqırım müharibəsi başlayandan bəri, sionist rejim ordusunun və köçkünlərin Qərbi Sahildəki hücumları nəticəsində ən azı 1154 fələstinli həlak olub, təqribən 11 750 nəfər yaralanıb və 22 minə yaxın şəxs həbs edilib.
Bu hücumlara həmçinin tikililərin və evlərin dağıdılması, fələstinlilərin didərgin düşməsi və Qərbi Sahildə, o cümlədən BMT-nin işğal olunmuş Fələstin torpaqları hesab etdiyi Qüdsdə yaşayış məntəqələrinin genişləndirilməsi daxildir.
Fələstinlilər xəbərdarlıq edirlər ki, bu hücumlar sionist rejim tərəfindən Qərbi Sahilin rəsmi ilhaqına yol açır; bu isə BMT qətnamələrinə əsasən Fələstin dövlətinin yaradılması imkanını praktiki olaraq aradan qaldırır.
Herzoq həmçinin yəhudi köçkünlərin xristian və müsəlman dini liderlərinə qarşı hücumlarına toxunub və bunu "rəzil və çirkin davranış" adlandırıb.
O əlavə edib: "Cəmiyyətin kənarından çıxan və hamımızı təhdid edən bu vəhşilik və əxlaqi tənəzzül vəziyyətini qəbul edə bilmərik."
4354650