“İQNA”-nın İmam Əli (ə) hərəminin rəsmi saytına istinadən verdiyi xəbərə görə, bu Quran məclisi on beşinci Qədir həftəsinin yad edilməsi tədbirləri çərçivəsində, İmam Əli (ə) hərəminin Quran evinin səyi ilə Nəcəfi-Əşrəfdəki İmam Əli (ə) pak hərəmində keçirilib.
Bu proqram Quran və Əhli-Beyt (ə) arasında əlaqə yaratmaq və Qədir gününü Quranla bağlamaq məqsədi ilə keçirilib və bu tədbirdə Əmirəl-mömininin (ə) imamətə təyin edilməsi ilə əlaqəli Məaidə surəsinin ayələri oxunub.
Bu tədbir çox sayda zəvvarın, həmçinin tələbələrin və Quran evinin nümayəndələrinin iştirakına şahidlik edib. Tədbirin məqsədi Quran mədəniyyətini yaymaq və Qədir bayramı konsepsiyalarını insanların və cəmiyyətin qəlbində möhkəmləndirməkdir.
4355956