“İQNA”-nın "Mısravi"yə istinadən verdiyi xəbərə görə, bu təşəbbüs Misir Quran Radiosunda Quran məzmununu zənginləşdirmək və nadir radio xəzinələrini canlandırmaq məqsədi daşıyır.
Bu çərçivədə Misir Milli Media Təşkilatının rəisi Əhməd əl-Müsəlmani, Quran Radiosunun Quran irsini qorumaq səylərini yüksək qiymətləndirib və Şeyx Məhəmməd Səddiq əl-Menşavinin ailəsinə radiostansiyaya davamlı dəstəyinə və bu misirli qarinin nadir qiraətlərini ictimaiyyətə təqdim etməsinə görə təşəkkür edib.
İsmayıl Düveydar, Quran Radiosu şəbəkəsinin rəisi bildirib: "Yeni qiraətin yayımı bu medianın öz proqramlarını "əbədi incilərlə" zənginləşdirmək və məşhur qarilərin həyatının peşəkar və unikal humanitar aspektlərini açıqlamaq strategiyasının bir hissəsidir."
O bildirib: "Üstad Menşavi Quran qiraəti və təcvid üzrə görkəmli alimlərdən ibarət ixtisaslaşmış komitənin təsdiqini aldıqdan sonra mühəndis Faruq Amir ilə birlikdə 1965-ci ildə bütün Quranı Həfs Əsim qiraətinə uyğun olaraq yazıb."
Quran Radiosu kanalının rəisi vurğulayıb: "Bu yazılar bir neçə onillik keçməsinə baxmayaraq yayımlanmamışdı. Bu media orqanı bu gündən etibarən onları yayımlamaq, dinləyicilərə misilsiz mənəvi təcrübə təqdim etmək və Şeyx əl-Mənşavinin tərtil üsulu ilə bütün Quranı xətm etmək üçün səmimiyyətini və səyini vurğulamaq qərarına gəlib."
Məhəmməd Siddiq Menşavi Misirin qızıl dövrünün qarilərindən sayılır. O, 1920-ci ildə Misirin "Menşat" kəndində anadan olub. Quran qiraətini dövrünün yaxşı qarilərindən olan atası Siddiq Menşavidən öyrənib.
Onun pərəstişkarları bu böyük qarinin Quran oxumaqda yüksək bacarığına, nəhənd (maqam) sədasına və təvazökarlıq dolu ahənginə görə ona "ağlayan səsa" və "nəhənd maqamının kralı" ləqəbini veriblər. Bu misirli qari 20 iyun 1969-cu ildə 49 yaşında vəfat edib.
4355760