IQNA

Həcc ziyarətçiləri Quran tərcümələrini on iki dildə əldə edə biləcəklər

9:09 - January 05, 2014
Xəbər sayı: 1350644
Beynəlxalq qrup: “Məscidul-Həram”ın (Kəbə evi) “Müshəf və Kitablar” idarəsinin rəisi elan edib: “Allah evinin ziyarətçiləri bundan sonra Qurani-Kərimin nüsxələrinin on iki dildə tərcüməsini əldə edə biləcəklər”.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Səudiyyə Ərəbistanı çapı olan “Əl-Vətən” qəzetinin rəsmi saytına istinadən verdiyi xəbərə görə Məhəmməd Riyal Əs-Seylani deyib: Allah evinin ziyarətçiləri bundan sonra Qurani-Kərimin nüsxələrinin on iki dildə tərcüməsini əldə edə biləcəklər.

“Müshəf və Kitablar” idarəsinin rəisinin dediyinə görə hacılar Qurani-Kərimin tərcümələrini Ordu, Fəransəvi, İndoneziya, Fransıs, Türk, Çin, Sumali, Molbari, İspan, Bosni, Alban və Husa dillərində də oxuya biləcəklər.

Məkkədə “Məscidul-Həram”ın yeni internet saytının açılış mərasimində iştirak edən Məhəmməd Riyal Əs-Seylani deyib: Bundan əlavə Quranın “bril” əlifbası ilə yazılmış nüsxələrinin də sayı çoxaldılıb.  

O, əlavə edib: Qarşıdan gələn Ömrə Həcc mövsümündə “Məlik Fəhəd” Birliyinin çapı olmayan Quran nüsxələri Məscidul-Həramdan yığışdırılacaq.

1350149

captcha