İQNA-nın (Beynəlxalq Quran Xəbər Agnetliyi) “Ria Novosti” xəbər agentliyinə istinadən verdiyi xəbərə görə Moskva polisi “Youtube”də yayımlanan bir videoçarxın haqqında ki, futbol tamaşaçılarından olan bir qrup insanın Quranı yandırmağı və müsəlmanlara hücumu göstərilir, axtarışa başlayıb.
Bu cinayəti törədənlər əməllərini son zamanlarda Rusiyanın Volqoqrad şəhərində baş verən terror hadisələri ilə bağlı olduğunu deyiblər.
Yandırılan Qurani-Kərim nüsxəsi Rus dilində olub.
Videoçarxda havanın qaranlıq olduğu üçün cinayətkarların kimliyi məlum deyil. Amma cinayətkarların tərəfdarları olduğu futbol komandasının köynəklərini geyindikləri məlumdur.
Moskva Ploisinin sözçüsü Ria Novosti ilə müsahibəsində bu barədə axtarış işlərinin başlandığını deyib.
1352850