İQNA – İbrani mediasının məlumatına görə, sionist rejimin təhlükəsizlik qurumları ordunun Qəzzanın bəzi bölgələrindən geri çəkilməsini və yerini çoxmillətli qüvvələrə verməsini nəzərdə tutan bir planı araşdırır.
"İQNA"nın "Anadolu" agentliyinə istinadən verdiyi xəbərə görə, sionist rejimin təhlükəsizlik qurumları ordunun Qəzza zolağının bəzi hissələrindən qismən geri çəkilməsi və onların yerinə çoxmillətli qüvvələrin yerləşdirilməsini nəzərdə tutan bir planı nəzərdən keçirir.
Sionist rejimin 12-ci kanalının məlumatına görə, rejimin təhlükəsizlik rəsmiləri son günlərdə atəşkəs planının icrası üçün səylər çərçivəsində bu variantı müzakirə ediblər.
Xəbərlərə görə, atəşkəs planında nəzərdə tutulan "Beynəlxalq Sabitləşdirmə Qüvvəsi"nin formalaşdırılması üçün artıq addımlar atılıb və Təl-Əvivin bu qüvvələrin Qəzzanın bəzi bölgələrinə daxil olmasına razılıq verdiyi bildirilir.
Bu hesabatda çoxmillətli qüvvələrin hansı bölgələrdə yerləşdiriləcəyi və ya İsrail ordusunun geri çəkilməsinin mümkün miqyası barədə dəqiq məlumat verilməyib.
4368797