IQNA

10:54 - August 10, 2026
Xəbər sayı: 3500933

Parisdəki Luvr muzeyində İslam incəsənəti əsərləri sərgisinin açılışı

İQNA – Parisdəki Luvr muzeyində İslam incəsənəti mövzusunda sərgi açılıb. Sərgidə muzeyin İslam incəsənəti kolleksiyasından seçilmiş 50-yə yaxın əsər nümayiş etdirilir.

“İQNA”-nın "Azernews"-a istinadən verdiyi məlumata görə, Luvr muzeyi İslam incəsənəti kolleksiyasından seçilmiş əsərləri təqdim edir. İslam incəsənəti şöbəsi hazırda təmir olunan muzey, öz kolleksiyasındakı seçilmiş əsərləri nümayiş etdirmək üçün "Affinités: The Wonders of Islamic Art Through Decorative Arts" (Qohumluqlar: Dekorativ incəsənət vasitəsilə İslam incəsənətinin möcüzələri) adlı müvəqqəti sərgi açıb.

Dekabrın 31-dək davam edəcək bu sərgi şöbənin kolleksiyasından təxminən 50 əsəri nümayiş etdirir. Sərgi təmir müddətində həmin şöbənin müvəqqəti bağlanmasını kompensasiya etməklə yanaşı, ziyarətçilərə bu kolleksiyanın ən əhəmiyyətli bəzi əsərlərini kəşf etmək fürsəti yaradır.

Sərginin kuratorları Filipp Malquayer və Anabel Kolin bildiriblər ki, bu layihənin məqsədi İslam incəsənəti və dekorativ incəsənət şöbələri arasındakı tarixi, texniki və estetik əlaqələri araşdırmaqdır.

IX-XVII əsrlərə aid əsərlərin yer aldığı sərgi İslam dünyası ilə Avropa arasında baş vermiş bədii və mədəni mübadilələri ön plana çıxarır.

Sərgi üç əsas mövzu ətrafında qurulub: işıq, rəng və heykəltəraşlıq. Luvr muzeyinin məlumatına görə, bu əsərlər İslam dünyasında inkişaf etdirilmiş mühüm texniki və estetik yenilikləri, eləcə də Avropada və fransız kolleksiyalarında bu əsərlərə yaranmış böyük marağı əks etdirir.

Kuratorların sözlərinə görə, "Affinités" (Qohumluqlar və ya Əlaqələr) başlığı həm coğrafi yaxınlığı, həm də mədəni və bədii doğmalıqları əhatə edən İslam ölkələri ilə Avropa arasındakı tarixi bağlara işarə edir.

4368974

captcha