IQNA

İİR-ın Silahlı Qüvvələrinin Qərargah rəisi General-mayor Firuzabadi “Vəhdət həftəsi”i münasibətilə təbrik dedi

14:05 - January 14, 2014
Xəbər sayı: 1358991
Siyasi qrup: İran İslam Respublikası Silahlı Qüvvələrinin Qərargah rəisi General-mayor (Sərləşkər) Firuzabadi “Vəhdət həftəsi”i və əziz İslam Peyğəmbəri Həzrət Məhəmmədin (s) doğum günü münasibətilə bütün İslam ölkələrinin Silahlı Qüvvələrinin zabit və komandirlərini təbrik etdi.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə İran İslam Respublikası Silahlı Qüvvələrinin Qərargah rəisi General-mayor (Sərləşkər) Seyid Həsən Firuzabadi “Vəhdət həftəsi”i və əziz İslam Peyğəmbəri Həzrət Məhəmmədin (s) doğum günü münasibətilə bütün İslam ölkələrinin Silahlı Qüvvələrinin zabit və komandirlərini təbrik etdi.

Təbrik ismarıcında deyilir: İftiraxm edirəm ki, Böyük Peyğəmbər, sülh və xoşbəxtlik, islah və oyanış elçisi, bərəkətli məhəbbətin həqiqi cilvəsi, ədalətin və azadlığın böyük carçısı aləmlərə rəhmət  Həzrət Məhəmməd Mustafanın (s) doğum gününü və dünya müsəlmanlarının “vəhdət həftəsi”ni Allahın bəndələrinə, məzlumlara və müsəlman ölkələrinin silahlı qüvvələrinə və onlarım ailələrinə təbrik deyirəm…

Allah-Taaladan bütün müsəlmanlara qələbə, vəhdət, ucalıq və izzət diləyir, işğalçı sionist rejimin və İslam düşmənlərinin məhvini, dünyada sağlamlıq, sülh və təhlükəsizliyin bərqərarlığını və sizlərə və ailənizə daimi xoşbəxtlik arzulayıram.   

1358415

captcha