IQNA

Müsəlmanların Banqladeşdə üçgünlük böyük toplantısı

11:27 - January 27, 2014
Xəbər sayı: 1366963
Beynəlxalq qrup: Banqladeşin paytaxtı Dakanın şimalında yeləşən "Tungi" şəhərində dünyanın hər yerindən üç milyon müsəlmanın iştirakı ilə "müsəlmanların illik böyük toplantı"sı keçirildi.

İQNA – nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "World Bulletin" informasiya saytına istinadən verdiyi xəbərə görə Yanvar ayının 24-dən (keçən cümə günü) başlayaraq 26-dək Banqladeşin paytaxtı Dakanın şimalında yeləşən "Tungi" şəhərində dünyanın hər yerindən üç milyon müsəlmanın iştirakı ilə "müsəlmanların illik böyük toplantı"sı keçirildi.

Toplantıda Cümə namazı qılındı, dualar edildi və iştirak edənlər müxtəlif mövzularda çıxışlar etdilər.

Bu toplantı Həcc mərasimindən sonra dünyada müsəlmanların bir yerə toplana biləcəyi ikinci toplantıdır. Bu toplantı 1946-cı ildən bu yana Banqladeş və Hind yarımadasında fəaliyyət göstərən "Təbliğ Camaatı" təşkilatının aktivistləri tərəfindən keçirilir.

Bu toplantı təhlükəsizlik məsələləri və Cənubi Asiyadakı iğtişaşlara görə ilk dəfə olaraq bu il iki mərhələdə keçiriləcəkdir.

Toplantının birinci mərhələsi dünən (26 yanvar) öz işini son vermişdir. İkinci mərhələ isə Fevral ayının 1-dən 3-dək keçiriləcəkdir.

Banqladeş 154 milyon cəmiyyətinin 90 faizi müsəlman olmaqla müsəlman əhalisinin say çoxluğuna görə İslam ölkələrinin üçüncüsü sayılır.

1366609

captcha