IQNA

Ərbəin üçün qeydiyyatdan keçənlərin sayı 1 milyon 300 mini keçib

19:51 - July 22, 2026
Xəbər sayı: 3500815
İQNA - 2026-cı il Ərbəin zəvvarlarının "Samah" sistemində qeydiyyatı pik həddinə yaxınlaşarkən, 1 milyon 300 mindən çox insan bu mərasimdə iştirak etmək üçün qeydiyyatdan keçib. Zəvvarlar arasında 17 günlük körpədən tutmuş 110 yaşlı şəxsə qədər müxtəlif yaş qrupları var.

“İQNA”-nın Həcc və Ziyarət İdarəsinin informasiya portalına istinadən verdiyi məlumata görə, iyulun 9-dan "samah.haj.ir" saytında başlayan 2026-cı il Ərbəin səfəri üçün qeydiyyat, zəvvarların İraqa (Ətabat-Aliyata) yola düşmə vaxtı yaxınlaşdıqca artan templə davam edir və iyulun 30-dək 1 milyon 300 mindən çox insan qeydiyyatdan keçib.

Statistikaya əsasən, müraciət edənlərin 58%-ni kişilər, 42%-ni isə qadınlar təşkil edir. Tehran, Xorasan-Rəzəvi və Xuzistan əyalətləri ən çox qeydiyyatdan keçənlərin olduğu bölgələrdir. Həmçinin, Mehran, Şələmçə və Xosrəvi sərhəd-keçid məntəqələri zəvvarların ən çox seçdiyi marşrutlardır.

Bu ilki Ərbəin qeydiyyatı zamanı müxtəlif yaş qrupları müşahidə olunur; 17 günlük körpədən 110 yaşlı zəvvara qədər şəxslərin məlumatları qeydə alınıb ki, bu da Ərbəin yürüşündə müxtəlif yaş və təbəqələrdən olan insanların geniş iştirakını göstərir.

Ərbəin günlərində İraqa səfər etmək istəyən bütün zəvvarlara sığorta, tibbi və yardım xidmətlərindən faydalanmaları üçün "Samah" sistemində qeydiyyatdan keçmələri və bunu son günlərə saxlamamaları tövsiyə olunur. Bu, planlaşdırmanın daha səmərəli aparılmasına və zəvvarlara daha keyfiyyətli xidmət göstərilməsinə şərait yaradacaq.

4365462

Teqlər: Ərbəin ، zəvvar ، iran ، ziyarət
captcha