IQNA

Əl-Əqsa məscidinin təhqir olunmasının pislənilməsi

16:23 - July 23, 2026
Xəbər sayı: 3500825
İQNA İsrail rejiminin daxili təhlükəsizlik nazirinin və iki mindən çox radikal məskunlaşanın Əl-Əqsa məscidinin həyətinə daxil olmasından sonra, Fələstinin İslam Vəqfləri Nazirliyi bu məscidin təhqir olunmasına qarşı dünya miqyasında reaksiya verilməsini tələb edib.

“IQNA”-nın "Əl-Cəzirə"yə istinadən verdiyi məlumata görə, bu gün, cümə axşamı İsrail polisi təxminən 150 nəfərdən ibarət məskunlaşan qrupların Əl-Əqsa məscidinin həyətinə daxil olmasına icazə verib. Onlar burada "tfilin" geyinmək, dua etmək və uca səslə mahnı oxumaq kimi talmud ayinləri icra ediblər.Eyni zamanda, İsrail qüvvələri məscidin qapılarında və köhnə şəhər boyunca ciddi məhdudiyyətlər tətbiq edərək, əksər fələstinli namaz qılanların bu məkana daxil olmasına mane olub.

kod

 Qüds valiliyi bildirib ki, yalnız az sayda insan sübh namazında iştirak edə bilib.Qüdsdəki İslam Vəqfləri Nazirliyi bəyan edib ki, bu ana qədər 2300-dən çox radikal şəxs İsrail işğalçı qüvvələrinin ciddi mühafizəsi altında Əl-Əqsa məscidinin həyətinə daxil olub ki, bu da məscidin ərazisinə qarşı davamlı hücumların bir hissəsidir.İsrail rejiminin daxili təhlükəsizlik naziri İtamar Ben-Qvir bu gün səhər saatlarında İsrail polisi və sərhəd mühafizəçilərinin ciddi mühafizəsi altında Əl-Əqsa məscidinə basqın edib.Bu radikal nazir qeydə alınmış bəyanatında deyib: "Burada baş verənlərə baxın: yəhudilər dua edir və özlərini bura sahib hesab edirlər. Əvvəllər burada belə deyildi."İsrail parlamentinin (Knesset) "Likud" partiyasından olan üzvü Amit Halevi də Əl-Əqsa məscidinin həyətinə basqında iştirak edib və onun həyətlərində talmud ayinləri icra edib. O, həmçinin Əl-Əqsa məscidinin tarixi və hüquqi statusunu pozan təxribatçı bir hərəkətlə İsrail rejiminin bayrağını qaldırıb.Qüds valiliyinin bəyanatına görə, radikal "Məbəd təpəsi" qrupları öz tərəfdarlarını səfərbər etməkdə davam edirlər və məqsədləri bu gün baş verən hücum zamanı məskunlaşanların sayını 5000-ə çatdırmaqdır.Valilik vurğulayıb ki, 144 dunum ərazisi olan Əl-Əqsa məscidi tamamilə islam mülküdür və İsrailin onun kimliyini, xarakterini, yaxud tarixi və hüquqi statusunu dəyişdirmək məqsədi daşıyan bütün addımları etibarsız və hökmsüzdür.Digər tərəfdən, Fələstinin İslam Vəqfləri Nazirliyi Əl-Əqsa məscidinin təhqir olunmasına qarşı dünya miqyasında reaksiya verilməsini tələb edib.Fələstinin İslam Vəqfləri Nazirliyi İsrail rejiminin daxili təhlükəsizlik naziri və 2300-dən çox məskunlaşan tərəfindən Əl-Əqsa məscidinin təhqir olunmasına cavab olaraq, dünya ictimaiyyətini Qüdsə və müqəddəs məkanlara qarşı təcavüzləri dayandırmaq üçün tədbirlər görməyə çağırıb.

4365688

Teqlər: qüds ، israil ، əl-əqsa ، fələstin
captcha