IQNA

Ənsarullah: Qarşıdurmanın miqyasını genişləndirməyə hazırıq

1:55 - July 29, 2026
Xəbər sayı: 3500852
İQNA- Yəmənin Ənsarullah hərəkatının siyasi bürosunun üzvü etdiyi çıxışda, bu hərəkatın Səudiyyə Ərəbistanı ilə qarşıdurmanın miqyasını genişləndirməyə hazır olduğunu vurğulayıb.

"Əl-Mayadin"ə istinadən xəbər verilir ki, Ənsarullahın siyasi bürosunun üzvü Zəifullah əl-Şami Yəmənin mühasirəsini yarma əməliyyatlarının davam edəcəyini vurğulayaraq, Səudiyyə Ərəbistanını bu ölkəyə qarşı tətbiq etdiyi mühasirənin nəticələrindən qaçmağa çalışmaqda ittiham edib və bildirib: "Səna qarşıdurmanın miqyasını genişləndirməyə tam hazırdır".

Ənsarullahın siyasi bürosunun üzvü deyib: "Səudiyyə Ərəbistanı Yəmənin mühasirəsinin nəticələrindən boyun qaçırmağa çalışır".

Sənanın Yəmənin mühasirəsi ilə bağlı mövqeyinə toxunan əl-Şami qeyd edib: "Biz mühasirəni yarma əməliyyatına başladığımızı elan etmişik və bu qarşıdurmada lazım olan hər hansı səviyyəyə qədər getməyə hazırıq".

Əl-Şami həmçinin əlavə edib: "Səudiyyə Ərəbistanı milyonlarla yəmənli vətəndaş üzərində öz himayədarlığını (qəyyumluğunu) təmin etməyə çalışır".

Ənsarullahın siyasi bürosunun üzvü daha sonra İordaniyanın Yəmənə uçuşların bərpası ilə bağlı təşəbbüsünü alqışlayaraq bildirib: "Bu sahədə irəli sürüləcək hər hansı digər təşəbbüs də Səna tərəfindən müsbət qarşılanacaq".

O, Qətərin mövqeyinə də toxunaraq qeyd edib: "Doha Yəmənin reaksiyasını başa düşməli idi, çünki bu ölkə özü də keçmişdə Yəmən kimi Səudiyyə Ərəbistanının mühasirəsini yaşayıb".

Bu bəyanatlar Yəmən silahlı qüvvələrinin Səudiyyə Ərəbistanının ölkənin müxtəlif bölgələrinə təcavüzünə cavab olaraq, bu ölkənin ərazisindəki həssas hədəfləri vurmasından sonra səsləndirilib.

Yəmən silahlı qüvvələri vurğulayıb ki, ölkələrinə qarşı tətbiq edilən 12 illik mühasirə aradan qaldırılana qədər əməliyyatlarını davam etdirəcəklər.

4366761

captcha