IQNA

Müqavimət Şəhidlər Sərdarının ibadi göstərişləri ilə 100 günlük yolçuluq

23:20 - July 22, 2026
Xəbər sayı: 3500820
İQNA – Livandakı "Sirac Media" media qrupu 100 günlük bir proqram hazırlayaraq və gündəlik müstəhəb əməllər ilə qiraətlər üçün yol xəritəsi təqdim edərək, gənc nəslin təkcə matəm günlərində deyil, gündəlik həyatlarında da Müqavimət Şəhidlər Sərdarının əməli məktəbi ilə həmsöhbət olmaları üçün bir fürsət yaradıb.

“İQNA”-nın "Əl-Əhd" saytına istinadən verdiyi məlumata görə, müasir sürətli dünyada gənclərin təşəbbüsləri sosial və mədəni fəaliyyətlərin hərəkətverici qüvvəsi kimi ideyaların operativ layihələrə çevrilməsində əsas rol oynayır.

Bu istiqamətdə, Livandakı "Sirac Media" qrupu iman dəyərlərini gündəlik həyat tərzi ilə əlaqələndirmək məqsədilə "Saleh bəndənin düşüncələri" adlı innovativ platforma yaradıb. Bu əsər əslində şəhid Seyid Həsən Nəsrullahın əməli təlimlərindən ilhamlanaraq hazırlanmış ibadi bir qeyd dəftəridir. O, auditoriyanın mənəviyyatla ünsiyyətini asanlaşdırmaq üçün 100 günlük plan şəklində tərtib edilib.

"Sirac Media"nın təsisçisi Əli əl-Murtəza İbrahim "Əl-Əhd" saytı ilə söhbətində bu layihənin əsas məqsədinin Müqavimət Şəhidlər Sərdarının əməli irsini qorumaq olduğunu bildirir. Onun sözlərinə görə, şəhid Seyid Həsən Nəsrullahın şəhadətindən sonra diqqətlər əsasən emosional tərəflərə və mərsiyələrə yönəldilmişdi, halbuki onun yolunun davam etdirilməsi həmin dəyərli şəhidin əməli təlimlərini və ibadi göstərişlərini yaşatmaqdan asılıdır.

Layihənin detalları; namazdan tutmuş dualarla ünsiyyətə qədər:

Bu platforma şəhid Seyid Həsən Nəsrullahın çıxışlarında və yaxınlarının nəql etdiyi əməli tövsiyələr toplusudur ki, gündəlik, həftəlik və mövsümi proqramlar şəklində tənzimlənib. Bura daxil olan bölmələr:

Namazdan əvvəl hazırlıq: "İlahi hüzura daxil olmaq üçün icazə istəmək" kimi.

İbadi əməllər: Aşura ziyarəti, İmam Zamanın (ə) duası və gündəlik Quran qiraəti kimi.

Niyabət bölməsi: Savabını şəhidə və ya digər şəhidlərə hədiyyə etmək üçün "şəhidin adından yerinə yetirilən əməllərin" qeyd edilməsi üçün yer ayrılması.

Zəngin məzmun: İstifadəçini digər mənbələrə müraciət etməkdən azad edən dini, fikri və cihad sahələrində 100 seçilmiş sitat və açar duaların daxil edilməsi.

İbrahimin sözlərinə görə, bu layihə qeyri-kommersiya yanaşması ilə və münasib qiymətə təqdim olunub ki, cəmiyyətin müxtəlif təbəqələrinin, xüsusən də gənc nəslin ona maksimum əlçatanlığı təmin edilsin.

4365334

captcha