IQNA

BMT: İsrailin Livandakı hərəkətləri müharibə cinayətləri səviyyəsinə çatır

17:47 - July 28, 2026
Xəbər sayı: 3500848
İQNA- BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı bəyan edib ki, onun ofisi tərəfindən İsrail rejiminin Livandakı hərəkətləri ilə bağlı sənədləşdirilən pozuntular müharibə cinayətləri səviyyəsinə çata bilər.

"İQNA"-nın "əl-Mayadin"ə istinadən verdiyi məlumata görə, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Folker Türk Livana səfəri zamanı şahidi olduğu dağıntı və iztirabların şok edici miqyasından bəhs edərək, ofisinin İsrail rejiminin hərəkətləri ilə bağlı qeydə aldığı pozuntuların müharibə cinayətləri səviyyəsinə çata biləcəyini vurğulayıb.

Folker Türk bazar ertəsi axşam Livana iki günlük səfərinin sonunda keçirdiyi mətbuat konfransında bildirib ki, Livanın yüksək vəzifəli şəxsləri, o cümlədən prezident, parlament sədri və baş nazir, həmçinin ədliyyə və sosial məsələlər nazirləri ilə görüşüb. Bundan əlavə, o, məcburi köçkünlərin, insan hüquqları təşkilatlarının, vətəndaş cəmiyyəti nümayəndələrinin və diplomatların ifadələrini dinləyib.

Türk vurğulayıb ki, İsrail rejiminin hava hücumları, davamlı bombardmanlar və sıx məskunlaşılmış ərazilərdə partlayıcı silahlardan istifadəsi çox sayda mülki şəxsin ölümü, genişmiqyaslı dağıntılar və kütləvi köçkünlüklə nəticələnib.

O deyib: "Ofisim beynəlxalq humanitar hüququn geniş şəkildə pozulmasını müşahidə edib və onlardan bəziləri beynəlxalq hüquqa əsasən müharibə cinayətləri səviyyəsinə çata bilər".

BMT rəsmisi qeyd edib ki, minə yaxın məcburi köçkün üçün sığınacağa çevrilmiş bir məktəbə baş çəkib və orada öz kəndlərinə qayıdıb onları tamamilə dağılmış vəziyyətdə görən insanların ifadələrini eşidib. Həmçinin Litani çayının cənubundakı kəndlərin tamamilə məhv edilməsi və ya yaşayış üçün yararsız hala düşməsi barədə məlumatlar daxil olub.

Türk YUNİFİL-in missiyasının başa çatmasının "cənubda mülki şəxslərin müdafiəsi" üçün doğuracağı potensial nəticələrdən narahatlığını ifadə edərək, hər hansı gələcək tənzimləmələr nəzərdən keçirilərkən bu məsələnin nəzərə alınmasını tələb edib.

O, sonda bildirib ki, sionist qüvvələr hələ də cənubda Livan ərazilərinin böyük bir hissəsini işğal altında saxlayırlar və genişmiqyaslı köçkünlüyə və sakinlərin evlərinə qayıtmasına mane olmağa səbəb olan bu rəftar beynəlxalq cinayətlərə çata bilər.

4366691

Teqlər: bmt ، livan ، sionist ، israil
captcha