İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) “əl-aləm” xəbər saytına istinadən verdiyi xəbərə görə Əlauddin Burucerdi - İran İslam Respublikasının Parlamentinin Xarici Siyasət və Milli Təhlükəsizlik Komissiyasının rəisi, həftənin şənbə günü, mart ayının 1-də Hizbullahın baş katibi Seyid Həsən Nəsrullah ilə görüşərək regional məsələləri müzakirə ediblər.
Əlauddin Burucerdi - İran İslam Respublikasının Parlamentinin Xarici Siyasət və Milli Təhlükəsizlik Komissiyasının rəisi, Beyruta səfəri çərçivəsində Livanın Baş Naziri və Prezidenti ilə də görüş keçirib.
Əlauddin Burucerdi deyib: İran İslam Respublikası terrorizim ilə mübarizə yolunda Livan dövlətini dəstəkləyir və onları bu yolda himayə edəcək.
Əlauddin Burucerdi Livanın yeni baş naziri ilə görüşündə ümidvarlıq ilə bildirdi ki, Livan qarşıdakı problemlərin həllinin öhdəsindən gələ biləcək.
Əlauddin Burucerdi - İran İslam Respublikasının Parlamentinin Xarici Siyasət və Milli Təhlükəsizlik Komissiyasının rəisi, vurğuladı: “İİR həmişə Livanın birliyinin, sabitliyin və Suriya və Livanda “İslami Müqavimət”in hami olub və olacaqdır. İranın beynəlxalq səviyyədə qazandığı hər bir uğurun regionda sülh və təhlükəsizliyin möhkəmlənməsində müsbət təsiri vardır. İran heç vaxt “müqavimət”i dəstəkləməkdən əl çəkməyəcək və bu İran üçün birdəfəlik təməl prinsipidir”.