İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) “jasarat” xəbər saytına istinadən verdiyi xəbərə görə bu sərgi qeyri-dövlət təşkilatı olan “Rəhmət Heyəti” tərəfindən fevral ayının 27-dən mart ayının 1-dək keçirilib.
Qeyd edək ki, Banqaldeşin paytaxtı Dakada ilk dəfə idi ki, hicab sərgisi keçirilirdi. Hicab sərgisi bir qrup qadınlardan ibarət QHT tərəfindən təşkil edilib. Sərgidə son müasir hicab geyimləri nümayiş etdirilib.
Sərginin direktoru Yəhya Əmin – sərginin müdiri, bu barədə deyib: "Məqsədimiz, bütün insanlara hicab geyiminin təvazökarlıq və etidallıq nişanəsi olduğunu göstərməkdir".
O deyib: Banqladeşdə hicablı xanımların sayının artması müsbət gedişlə irəliləyir.
Sərgidə hicab geyimlərinin nümayişindən əlavə dinə dəvət və sair ilə bağlı kitablar da paylanıb.